Yuxarı

Ermənilər əsgərimizi yaraladılar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər əsgərimizi yaraladılar

Cəbhədə vəziyyət gərgin olaraq qalır. Erməni silahlı bölmələri son günlər Ermənistanın İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində və Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar kəndindəki mövqelərindən Tovuz rayonunun Əlibəyli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Qaraxanbəyli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəvahirli, Tərtər rayonunun Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Tovuzdakı qaynaqlarımızdan aldığımız məlumata görə atışma zamanı ordumuzun 1 əsgəri yaralanıb. Həmin əsgər Tapdıq Əhədli hərbi hospitala yerləşdirilib. Ağsudan hərbi xidmətə çağırılan T.Əhədlinin ayağından yaralandığı bildirilir. Bundan əvvəlsə düşmən tərəfinin açdığı atəş nəticəsində Əlibəyli kənd sakini, 38 yaşlı Ruhiyə Əhməd qızı Hüseynova ayaq nahiyəsindən yaralanıb. Əlibəyli sakinləri deyirlər ki, hava qaralandan sonra kənddəki bütün evlər düşmən tərəfindən fasiləsiz olaraq iri çaplı silahlardan atəşə tutulur. Sakinlər ordumuzun düşmənə layiqincə cavab verməməsindən də şikayətlənirlər.

Məlumatı gec aldığımızdan Müdafiə Nazirliyinin mövqeyini öyrənə bilmədik. Növbəti sayımızda Müdafiə Nazirliyinin də mövqeyini dərc etməyə çalışacağıq.

Tarix
2014.01.25 / 18:55
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya üçün döyüşən daha bir azərbaycanlı öldü - Foto

İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...

İlham Əliyev sabiq prezidentə başsağlığı verdi

Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...

İlham Əliyev İsveçrə prezidentinə başsağlığı verdi

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla