Yuxarı

Markov: Tehranın Bakıya iddiaları “tapmacadır” - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Markov: Tehranın Bakıya iddiaları “tapmacadır” - Video

08:30

İranla Azərbaycan arasında yaranan hazırkı gərginliyin səbəbləri dünya analitikləri üçün tapmacadır. “Bir neçə ay ərzində nə dəyişdi” sualına aydın və dəqiq cavab vermək çətindir.

Bu sözləri Axar.az-a rusiyalı siyasi şərhçi Sergey Markov deyib.

O bildirib ki, bununla bağlı ekspertlər müxtəlif fərziyyələr irəli sürür:

“İran və Ermənistanın dostluq münasibətləri Bakı və Tehran arasındakı mövcud gərginliyin yaranma səbəblərindən biri ola bilər. İran İrəvanı öz tabeçiliyindəki müttəfiqi kimi görür. Azərbaycanla Ermənistan arasında bir balaca gərginlik yaranan kimi Tehran öz balaca müttəfiqini, yəni Ermənistanı dəstəkləyir. İran həm də ehtiyat edir ki, Zəngəzur Azərbaycanın nəzarətinə keçər”.

Markov bildirib ki, Güney azərbaycanlıların hüquq və azadlıqları məsələsi də iki ölkə arasındakı gərginliyə təsir edən amillərdən ola bilər:

“İranda yaşayan azərbaycanlıların milli kimliklərinə və insan haqlarına hörmət olunmur. Onların müstəqil Azərbaycanla birgə yaşayış forması tapmaq və ya birləşmək kimi böyük istəkləri var. Bu isə İranda daxili böhrana və ərazi bütövlüyünün pozulmasına gətirib çıxara bilər”.

Politoloqun fikrincə, əsas səbəblərdən biri İranın şiə dünyası ilə bağlı iddialarıdır:

“İran özünü yalnız sərhədləri daxilində məhdudlaşdırmır, həm də şiə ölkəsi kimi görür. Bir növ özünü şiəçiliyin mərkəzi hesab edir. İran bütün şiələri aktiv şəkildə idarə etmək iddiasındadır. Hesab edir ki, bütün şiələr bu cəmiyyətin üzvüdür. Azərbaycanda əhalinin böyük hissəsi müsəlmandır və şiə məzhəbindəndir. Bu məsələdə özünü Azərbaycanın lideri kimi təsəvvür edir. Odur ki, Bakının müstəqil siyasət aparması xoşuna gəlmir. Yəni Azərbaycan siyasi baxımdan İrana tabe olmur. İranın qatı düşməni olan İsrail kimi ölkələrlə əlaqə qurur. İranda həyata keçirilən sərt dini normaları Azərbaycan tətbiq etmir. Əksinə, Azərbaycan dünyəvi normalarla yaşamağa can atan müsəlman dünyasının lider ölkələrindəndir”.

Tarix
2023.04.04 / 11:25
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

Konqresdən Bakıya erməni müraciəti - MM-in cavabı

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Beynəlxalq konfransın iştirakçıları Laçında...

Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla