Yuxarı

Rusiyanın türk TIR-larını vurması yalan çıxdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qırıcılarının Suriyaya humanitar yardım aparan Türkiyə TIR-larını vurması barədə yayılan xəbərlər doğru deyil.

Axar.az xəbər verir ki, bunu "Anadolu Agentliyi"nə İnsan Haqq və Azadlıqları Humanitar Yardım Təşkilatının (İHH) baş katibi Yavuz Dədə deyib.

O, hücumun Suriyada ticarət məqsədi ilə fəaliyyət göstərən TIR-lara edildiyini bildirib:

"Çox açıq və dəqiq şəkildə bildirirəm. Türkiyədən Suriyaya gedən humanitar yardım TIR-larımıza heç bir hücum olmayıb. Hadisə yerindən bizə verilən məlumata görə, hücum ticarət məqsədi ilə fəaliyyət göstərən TIR-ların olduğu yerə edilib. Hücumdan sonra bizim təcili yardım əməkdaşlarımız hadisə bölgəsinə gedərək xilasetmə işlərinə qoşulub. Çox güman ki, həmin ərazidə bizim əməkdaşlarımız göründüyü üçün Türkiyə TIR-larının vurulması xəbəri yayılıb. Yenə təkrar edirəm: TIR-larımıza heç bir hücum olmayıb".

Qeyd edək ki, ötən gün Suriyanın Hələb şəhərindəki qaçqınlara humanitar yardım aparan Türkiyə TIR-larının Rusiya qırıcıları tərəfindən vurulması barədə xəbərlər yayılmışdı.

Tarix
2015.11.26 / 13:14
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla