Yuxarı

İcmadan bayrağımızın yandırılmasına sərt - Reaksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi Azərbaycan İcması Ermənistanda Azərbaycan bayrağının yandırılması ilə bağlı bəyanat yayıb.

Axar.az bəyanatın mətnini təqdim edir:

“Ermənistanda Azərbaycan əsgərinə işgəncə verilməsi görüntülərinin yayılmasından cəmi bir gün sonra, bu ölkədə Azərbaycana qarşı növbəti nifrət aktı törədilmişdir. Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının televiziya ilə beynəlxalq aləmə canlı yayımlanan açılış mərasimində Ermənistan İctimai Televiziyasının əməkdaşı, bu ölkədə tanınmış dizayner və sözügedən çempionatın təşkilatçılığında yer alan bir şəxs Azərbaycanın bayrağını nümayişkaranə şəkildə yandırmışdır.

Ermənistanın qanunvericiliyində xarici ölkənin dövlət simvollarına qarşı hörmətsizliyin cinayət sayılmasına baxmayaraq, polis beynəlxalq ictimaiyyətin gözü qarşısında cinayət törətmiş bu şəxsi elə həmin gün azad etmişdir. Ən ağrılısı odur ki, Azərbaycan bayrağının səhnədə yandırılması tamaşaçıların alqışları ilə müşayiət olunmuş, polis tərəfindən azad edilən həmin şəxs bu ölkənin parlament üzvləri daxil olmaqla çoxsaylı kütlə tərəfindən qəhrəman kimi qarşılanmışdır.

Bütün bunlar Ermənistanda Azərbaycana qarşı dövlət tərəfindən dəstəklənən və sistemli şəkildə aparılan etnik nifrət siyasətinin və Azərbaycanofobiyanın göstəriciləridir. Ermənistanda belə ictimai nifrət akltlarını təşkil edənlər xalqlar arasında nifaqı daha da dərinləşdirməyi və qorxu mühiti yaradaraq azərbaycanlıları oraya qayıtmaqdan çəkindirməyi hədəfləyirlər.

Ermənistanın törətmiş olduğu insanlıq əleyhinə cinayətlərə və müharibə cinayətlərinə beynəlxalq aləmin lazımınca reaksiya göstərməməsi bu ölkədə irqi-ayrı seçkilik siyasətinin və cəmiyyətdə ksenofobiya meyllərinin daha da güclənməsinə şərait yaradır. Buna görə də biz beynəlxalq ictimaiyyəti Ermənistanın törətdiyi etnik təmizləmə, irqi ayrı-seçkilik kimi insanlıq əleyhinə cinayətlərinə adekvat qiymət verməyə çağırır.

İcma Azərbaycan bayrağına qarşı törədilmiş cinayəti kəskin şəkildə qınayır və Ermənistan hökumətindən azərbaycanlılara qarşı nifrət və ayrı-seçkiliyi aşılayan siyasət və praktikasını dərhal dayandırmağı, azərbaycanlılara qarşı cinayət törətmiş şəxsləri ədalət məhkəməsinə təslim etməyi və onları şöhrətləndirməyə dərhal son verməyi tələb edir.

Bütün bunlar, Ermənistana qayıtmağımız üçün müvafiq verifikasiya, hüquqi və təhlükəsizlik zəmanət mexanizmini ehtiva edən razılaşmaların zəruriliyini bir daha vurğulayır".

Tarix
2023.04.15 / 09:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bir ailədən üç nəfər niyə namizəd oldu? - Açıqlama

Trampa atəş və Əliyevin dərhal reaksiyasının səbəbi...

İndi Trampın qarşısını heç kim ala bilməyəcək - Şərh

Bu sirr açılanda Putinə “hücuma keç” dedilər – Sensasion şərh

İlham Əliyev Trampa sui-qəsdlə bağlı paylaşım etdi

Ermənistan sərhəddəki xərcləri “məxfi pulla” ödəyir

İrandan gözlənilməz Zəngəzur açıqlaması: İrəvan bilər…

NATO tarixində ilk: Bu ölkəni açıq təhdid etdi!

Bakı savaşa başlasa, İran İrəvana yardım edəcək? – Səfirin cavabı

Azərbaycanın heç bir torpağı işğalda deyil - İran səfiri

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla