Yuxarı

“Məsələnin zorakı üsullarla həlli…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Din-dövlət münasibətlərinin möhkəm təməllər üzərində qurulması vacibdir.

Axar.az-ın xəbərinə görə, bu fikirləri deputat Adil Əliyev səsləndirib. Millət vəkili Nardaran hadisələrinə toxunaraq qeyd edib ki, ölkədə tarixən din-məzhəb zəminində qarşıdurma olmayıb:

"Ölkədə ictimai-siyasi sabitlik var. Azərbaycanda yaranmış sabitliyi pozacaq hər hansı əməldən çəkinmək lazımdır. Kiminsə kimdənsə narazılığı varsa da, bu mütləq qanun çərçivəsində həll olunmalıdır".

A.Əliyevin fikrincə, hüquqi dövlətdə yaşayırıqsa, hansısa məsələnin zorakı üsullarla həllinə cəhd göstərmək yolverilməzdir: "Nardaranda baş verən xoşagəlməz hadisədə şəhid olan 2 polis işçisi Vüqar Nəsibov və İsmayıl Tağıyevin yaxınlarına başsağlığı verirəm. Allah rəhmət eləsin".

Qeyd edək ki, noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb.

Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb.

İki polis əməkdaşı həlak olub. Yaralanan polis əməkdaşları DİN-in hospitalında müalicə alır. Həlak olan polisləri Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə şəhid elan edib.

Tarix
2015.11.28 / 12:40
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla