Yuxarı

Orucluqdan sonra necə qidalanmalıyıq?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Orucluqdan sonra necə qidalanmalıyıq?

Ramazan ayı bədənimizin və ruhumuzun təmizlənməsi üçün bizə verilən fürsətdir. 14 saata yaxın bir müddətdə ac qalaraq bu ayı biz müəyyən bir rejimlə keçirmişik. Öz standart rejimimizə qayıtmadan öncə bayram günlərində qidalanmağımıza diqqət yetirməliyik.

Bu sözləri Axar.az-a açıqlamasında diyetoloq Tutu Zeynalova deyib.

“1 ay müddətində müəyyən bir rejimə öyrəşmiş bədənimizi birdən-birə çox qidalanmaqla yükləmək olmaz. Ramazan ayı bitdikdən sonra da gündə iki dəfə qidalanaraq rejimə davam etməliyik. Sadəcə burada saat dəyişikliyi etmək lazımdır. Səhər yeməyini bir az gecikdirərək 10:00-11:00 arası, axşam yeməyini isə saat 17:00-18:00 arası yemək lazımdır. Bu zaman iki dəfə qidalanma rejiminə öyrəşmiş bədənimizi standart rejimə gətirə bilərik və sağlamlığımız üçün faydalı olar. Belə halda istər şəkərli diabet, istərsə də ürək-damar xəstəliklərinin riskini azaltmış olarıq”, - o bildirib.

Diyetoloq bayram süfrələrinə ciddi diqqət yetirməyin vacibliyindən danışıb:

“Çox yağlı və şəkərli qidalara üstünlük vermək olmaz. Tərəvəzlərdən istifadə etmək lazımdır. Bayram süfrələrində yeməyimizə salatla başlayıb, ətlə davam edib, karbohidratları sona saxlamalıyıq. Şirniyyat yeyən zaman isə daha çox südlü şirniyyatlara üstünlük verməliyik. Birdən-birə çox qidalanmaq həzm sistemimizi poza, həzmsizlik, köp və digər narahatlıqlara səbəb ola bilər”.

Tutu Zeynalova qeyd edib ki, yuxu rejimimizi tənzimləyib axşam saat 23:00-dan gec olmamaqla yatmaq lazımdır.

Diyetoloq su içməyin vacibliyindən danışıb:

“Çəkimizin 3%-i mislində gündəlik su içməyi də unutmamalıyıq. Qazlı və şirin içkilərə üstünlük verməməliyik. Gün ərzində hər saat 1 stəkan su içsək bizim üçün faydalı olar. Çünki Ramazan ayı boyunca su ehtiyacımızı kifayət qədər ödəyə bilməmişik”.

Tarix
2023.04.22 / 08:00
Müəllif
Əminə Abbasova
Digər xəbərlər

Qalibaf Azərbaycanda səfərdədir - Foto

Azərbaycan ilk dəfə bu platformada təmsil olunacaq

Berdiməhəmmədovun səfəri ilə bağlı - Videoçarx

Bu tarixədək Azərbaycanla sərhəd açıla bilər - Kostanyan

Hakan Fidan səfirimizlə görüşdü

Numan Kurtulmuş Azərbaycana gəldi

Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər Şuşada birgə nahar etdi

Prezidentlər Şuşada Bülbülün ev-muzeyində... - Foto

Maqdalena Qrono Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla