Yuxarı

İranın terrorçu hökumətinə qarşı… - Bəyanat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın terrorçu hökumətinə qarşı… - Bəyanat

İranda öz müqəddəratını təyinetmə hüququ uğrunda Millətlər Cəbhəsinin konfransında yekun bəyanat qəbul olunub. Konfrans Brüsseldə, aprelin 27-də keçirilib. İştirakçılar İranın beynəlxalq qanunlara məhəl qoymadığını, xalqların fundamental hüquqlarının pozulduğunu diqqətə çatdırıblar.

Bu sözləri Axar.az-a Qeyri-fars Millətlər Cəbhəsinin sədri Saleh İldırım deyib.

O, bəyanatda qeyri-fars millətlərin hüquq və azadlıqlarının pozulması ilə bağlı bir sıra məsələlərin öz əksini tapdığını diqqətə çatdırıb:

“İranda yaşayan qeyri-fars millətlər illərdir demokratiya və öz müqəddəratını təyinetmə hüququ uğrunda mübarizə aparır. Bu yolda minlərlə insan öldürülüb, yüz minlərlə insan həbs olunub. Lakin işğalçı fars rejiminin qanunsuz əməllərinə dünya ictimaiyyəti göz yumub, millətlərin pozulan hüquqları ilə bağlı heç bir reaksiya verilməyib. Bu konfransı İranda yaşayan millətlərin azadlıq tribunası hesab edən iştirakçılar qeyd ediblər ki, qeyri-fars millətlərin əzəli torpaqları şah və indiki islam respublikası tərəfindən işğal olunub. İşğalçılar qeyd-şərtsiz bu ərazilərdən çıxmalıdır. Həmçinin, qeyri-fars millətlərə qarşı aparılan aparteid siyasəti dayandırılmalı və millətlərin öz taleyini təyin etmək üçün referendum keçirilməlidir”.

O vurğulayıb ki, bəyanatda demokratiya, bərabərlik və insan haqları kimi dəyərlərin bir-birindən ayrıla bilməyəcəyi qeyd olunub:

“Millətlər Cəbhəsi işğalçı İranın terrorçu hökumətinin nüvə və raket proqramını dərhal dayandırılmasını istəyir, islam respublikasının qonşu ölkələrdəki müdaxiləçi, ekspansionist və terror siyasətini qınayır, İranın işğalçı hökumətindən Rusiyaya silah və hərbi yardım göndərilməsini dayandırmağı tələb edir, SEPAH və ona bağlı qüvvələrin Suriya, Yəmən, Livan və İraqın qonşu ölkələrində xalqların öldürülməsində iştirakını qəbuledilməz sayır”.

Həmçinin, İranın cəsus yuvası olan səfirliklərinin bağlanması və səfirlərinin çıxarılmasının vacibliyi də bəyanatda öz əksini tapıb.

Tarix
2023.04.28 / 08:15
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana daha 7 vaqon buğda göndərildi

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla