Yuxarı

Türkmənistan Türkiyə üçün nə vəd edir? – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkmənistan Türkiyə üçün nə vəd edir? – Şərh

Türkmənistan Türkiyə üçün çox əlverişli tərəfdaşa çevrilə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkmənistana baş tutacaq səfərini şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Türkiyə-Rusiya münasibətlərinin hazırkı durumu bu iki dövlət arasında qaz anlaşmasının əldə olunması üçün heç bir müsbət dönüş vəd etmir:

"Türkiyə qaz tranziti ölkəsinə çevrilmə planından qətiyyən geri dönmək fikrində deyil. Odur ki, Ankara indi Moskvanın alternativini tapmaq istəyir ki, yaxın gələcəkdə Avropaya enerjidaşıyıcısının ötürülməsində özünün tranzit-paylaşdırıcı funksiyasının gerçəkləşdirsin. Bu mənada Türkmənistan Türkiyə üçün çox əlverişli tərəfdaşa çevrilə bilər. Təbii ki, Ankara həm də Transxəzər layihəsinin reallaşması yolunda hazırda fəallıq göstərir. Əvvəla, bu layihə gerçəkləşsə, Rusiya ciddi zərbə almış olacaq. Çünki dənizin altından çəkilməsi nəzərdə tutulan boru kəməri türkmən qazının qiymətini optimal edəcək. Bundan udan Azərbaycan və Türkiyə olacaq. Yox, əgər Transxəzər layihəsi baş tutmasa, onda mavi enerjidaşıyıcısı İranın ərazisi ilə Türkiyənin ərazisinə çatdırılacaq. Bu variantda isə İran daha çox qazanc əldə edə biləcək, eləcə də Türkiyə də tranzitdən qazanacaq".

Analitik qeyd edib ki, Ankara ilə Moskva arasında barışıq ehtimalı, demək olar, minimum həddədir:

"Məhz bu amil Ankaranı tələsməyə sövq edir ki, Avropaya qaz ixracatında boşluq yaranmasın və Türkiyə bu prosesdə gözlədiyi mənfəəti əldə edə bilsin. Türkmənistan hazırda qazının böyük həcmini Çinə göndərir və Pekin həmin resursun özü üçün vacib əhəmiyyət kəsb etdiyini bildirir. Təsadüfi deyil ki, Çin Türkmənistanın enerji sektoruna çox miqdarda sərmayə qoymağı nəzərdə tutub. Hər halda, bu iki ölkənin qaz ətrafındakı anlaşması ən azı 25-30 ilə nəzərdə tutub".

Tarix
2015.12.10 / 09:27
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Zəngəzur dəhlizinin Ermənistana düşən 42 km-lik hissəsi...

Ərdoğan Azərbaycanı təbrik etdi - Foto

Hakan Fidanın bugünkü səfərinin rəmzi mənası var...

Kozinoğlu Bakıya niyə gəlmişdi? - Bir fotonun tarixçəsi

Bayramov və Mirzoyan Nyu Yorkda görüşəcək

İlham Əliyev Hakan Fidanı qəbul etdi - Foto

Bayramovla Fidan Bakıda görüşdü - Foto

Prezident onları qəbul etdi - Foto

Türkiyə XİN-dən Bakının azad olunması ilə bağlı paylaşım

Bakının işğaldan azad edilməsi - XİN paylaşım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla