Yuxarı

Bakılı milyarderin evində axtarış: nələr çıxdı! - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ay Moskvanın Presnensk Rayon Məhkəməsi tərəfindən həbs edilən azərbaycanlı milyarder Roman Manaşirovun ailəinə məxsus evdə axtarış aparılıb.

ANS-in məlumatına görə, o iki ay müddətinə həbs edilmişdi. Manaşirov 2 milyon rubl (32 min 600 manat) rüşvətin verilməsində vasitəçilikdə ittiham olunur.

İstintaqın versiyasına görə, Manaşirov öz biznesmen həmkarı Januko Rafailovun rüşvətini Moskva Daxili İşlər Nazirliyinin müstəntiqləri Viktor Rubaşkin və Vladimir Andrievskiyə verməkdə vasitəçilik edib.

Oliqarxın qardaşı Solomonun dəbdəbəli, üç mərtəbəli kotteci gözəlliyi ilə insanı heyran edir. Axtarış zamanı Solomon Manaşirovun evinin antik əşyalar və bahalı rəsm əsərləri ilə dolu olduğu bəlli olub.

Tapılan rəsm əsərləri arasında 1514-cü ildə çəkilmiş italiyalı rəssam Tisian Veçellionun da əsəri var. İndi bu əsərin mülkə necə düşdüyü, onun saxta olub-olmadığı yoxlanılacaq.

Yağı boya ilə çəkilən "Yer üzündə və göylərdə məhəbbət" adlı əsərin Romadakı Borqeza qaleriyasında saxlandığı deyilirdi. Əsər heç vaxt şəxsi kolleksiyada olmayıb.

Axtarış aparmaq üçün güc sturukturlarına əlavə kömək lazım olub. Çünki villa xüsusi mühafizə edilən ərazidə yerləşib. Dəbdəbəli üçmərtəbəli kottec mərmər, qızılı tonlarda bəzədilib.

Bundan başqa polislər onun anasının hüququşünaslarla danışığını da ələ keçib. Orada Raisa Manaşirova iddia edir ki, oğlu doğurdan da reketliklə məşğul olub. "Januko Rafailovun atası mənim ərim ilə dostluq edirdi. Bir-birlərinə qonaq gedirdilər. O, həmişə "mənə qardaşım" arvadı deyirdi. O, oğlunun nə etdiyini bilsə, qəbrində rahat uyuya bilməzdi. Onların ümumi işi var idi. Bəs onlar nə istəyirdilər? Hər şeyin havayı olmasını? Pulsuz vəkil tutmaq olmaz. Roman öz cibindən onların yerinə ödəniş etməli idi?"

Manaşirov 1969-cu il mayın 10-da Bakıda dağ yəhudilərinin ailəsində doğulub. Uşaqlıq və gəncliyinin çox hissəsini Manaşirov Quba rayonunun Qırmızı qəsəbəsində keçirib. 1986-cı ildə məktəbi bitirdikdən sonra Roman hüquqi təhsil almaq məqsədi ilə Moskvaya köçüb. O, Rusiya paytaxtının ən böyük sahibkarlarından sayılır, paytaxtda böyük inşaat biznesinə malikdir. "Praqa pasajı" TRÇ, "Armada" MTK, "Qrand Siti" ticarət-sərgi kompleksləri və başqa obyektlərin şərikidir. Bəzi mənbələr Manaşirovun kapitalını 700 milyon dollar civarında qiymətləndirir.

Tarix
2015.12.10 / 23:42
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan “Azərbaycan casusu”na 18 il həbs verdi

Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı

Mişa çağırış etdi: Bəsdir rəqs etdiniz, mübarizə aparın!

Bu ölkələr COP29-da birləşməlidir - Quterreş

Qazaxın azad olunan kəndlərindən - Foto

Bu məsələlər üzərində iş gedir - COP29 sözçüsü

Əminəm ki, bu müzakirələr səmərəli əməkdaşlığa yol açacaq

Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait...

Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi

COP29 Sədrliyi bəyanat yaydı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla