Yuxarı

Papoyan: Nə qədər ki, Bakı hərbi gücə əl atmayıb… - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Papoyan: Nə qədər ki, Bakı hərbi gücə əl atmayıb… - Video

09:00

Nə qədər ki, Azərbaycan böyük hərbi əməliyyatlara əl atmayıb, danışıqlar effektlidir.

Axar.az xəbər verir ki, bu sözləri iyulun 7-də Ermənistan parlamentində “Mülki müqavilə” fraksiyasının deputatı Gevorq Papoyan deyib.

“Danışıqlarda bəzi məsələlər razılaşdırılıb, bəzi məsələlər isə yox. Nə üçün sülh müqaviləsi üç ay əvvəl və ya indi imzalanmadı? Çünki bizim üçün qırmızı xətt olan və hələ razılaşdırılmamış məsələlər var. Məsələn, onlardan biri odur ki, biz Ermənistanın ərazisi 29 min 800 kvadrat kilometr olduğunu, haradan - bu dağdan, bu dərədən, bu çaydan keçdiyini və s. təsdiqləməliyik. İkincisi, “Qarabağ xalqı”nın (Qarabağda məskunlaşan erməni icması – red.) hüquqlarının müdafiəsi ilə bağlı konkret və aydın beynəlxalq mexanizmlər olmalıdır ki, bu insanlar orada təhlükəsiz yaşasınlar. İndi bununla bağlı razılaşma yoxdur. Amma bu haqda söhbət gedirsə, müharibədən daha yaxşıdır”.

O bildirib ki, Ermənistan əgər indi aydın xətlər çəkib desə ki, bu belədir, onda orduya əmr verməlidir ki, hazır olun, çünki belə bir şey etdikdən 10 dəqiqə sonra əks-reaksiya ola bilər.

“Təkcə Azərbaycanın deyil, Azərbaycanın tərəfdaş ölkələrinin də Ermənistana qarşı ərazi ambisiyaları var. Ona görə də biz bir-birimizin ərazi bütövlüyünü tanımaqla heç olmasa 29 800 kvadrat kilometr ərazimizlə bağlı məsələni həll etmiş oluruq. Əgər siz Azərbaycanın ərazi bütövlüyünü tanımırsınızsa, bu o deməkdir ki, o da sizin ərazi bütövlüyünü tanımır. Bu isə yeni bir müharibə deməkdir”.

Tarix
2023.07.08 / 11:46
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, baş versə, Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

İlham Əliyevlə bunlar müzakirə edildi - Paşinyan

Heydər Əliyevin Naxçıvanla bağlı gördüyü işlər...

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu

Gəmi qəzası: Vətəndaşlarımız üçün cinayət tərkibli materiallar...

Azərbaycan kəsişmədə yerləşir – Alen Berse

Paşinyandan Putinə cavab: Çıxart, etiraz etmirik!

Əliyev və Pezeşkianın görüşündəki rəsmin mesajı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla