Yuxarı

Əgər İrəvan “humanitar yükü” Laçından keçirə bilsə…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hakimiyyətinin humanitar yüklərlə dolu maşın karvanını Laçın istiqamətinə yönəltməsi hiyləgər plandır və üzərində müxtəlif mərkəzlər çalışıblar.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistanın 19 yük maşınından ibarət karvanı “humanitar yük” adı ilə “Laçın” postu istiqamətinə göndərməsi haqda qeyd edib.

“Rusiya və İran Qərblə çəkişsələr də, bu məsələdə ortaq mövqedən çıxış edir, bir qrupu Qarabağ separatçılarına açıq, digər qrupu gizli dəstək verdiyini nümayiş etdirir. Azərbaycana qarşı müxtəlif güclər birləşiblər. Bu ölkəmizə qarşı psixoloji və informasiya savaşının tərkib hissəsidir. Beynəlxalq aləmin diqqətini Rusiya-Ukrayna müharibəsindən Qarabağa çəkmək istəyirlər. Nə planlaşdırdıqlarından asılı olmayaraq, yükləri Laçın yolundan keçirməyə nail olsalar, davamı gələcək. Ona görə də Ağdam istiqamətindən tədarük təklifindən geri addım atmamalıyıq. Kimin nə deməsindən asılı olmayaraq, xarici ölkədən yük məmləkətimizə Azərbaycanın müəyyənləşdirdiyi məntəqədən keçirilməlidir”, - o bildirib.

Tarix
2023.07.27 / 12:54
Müəllif
Axar.az
Digər xəbərlər

Səlcuq Bayraqdar yenə rekord qırdı

17 maddəlik sülh sazişinin əsas elementi budur…

Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...

Bayramov ispaniyalı həmkarı ilə danışdı

Bayramov kiprli həmkarı ilə danışdı: Buna hazırıq!

Azərbaycan Rusiyadakı bu müsabiqəyə qatılmayacaq

Pekin və Dehli ABŞ-a qarşı birləşir: Ağ Ev bundan imtina edəcək

Stiven Dauti Azərbaycana gələcək

Onlar bizim Prezidentimizdən çox şey öyrənməlidir - Deputat

Trampdan Azərbaycan açıqlaması: Bunu həll etdim!

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla