Yuxarı

Bayramov kiprli həmkarı ilə danışdı: Buna hazırıq!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov kiprli həmkarı ilə danışdı: Buna hazırıq!

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov kiprli həmkarı Konstantinos Kombos ilə telefon danışığı zamanı bu ölkənin Avropa Birliyi sədrliyi dövründə bölgədə sülh prosesinə verəcəyi töhfəni müzakirə edib.

Azərbaycan Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Kiprin xarici işlər naziri Azərbaycanın Prezidentinin ABŞ-yə səfəri zamanı keçirilmiş Zirvə görüşü çərçivəsində Azərbaycan-Ermənistan normallaşma prosesində nailiyyətlər münasibətilə təbriklərini çatdırıb.

Telefon danışığı zamanı Kiprin 2026-cı ilin ilk yarısında Avropa Birliyi Şurasına Prezidentliyi çərçivəsində planlar, habelə regional məsələlər müzakirə olunub. Kiprin AB sədrliyi dövründə bölgədə sülh prosesinə töhfə verməyə hazır olduğu bildirilib.

Telefon danışığında həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2025.08.20 / 15:15
Müəllif
Axar.az
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla