Yuxarı

Azərbaycanda banklar filiallarını bağlayırlar - SOS

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda banklar filiallarını bağlayırlar - SOS

Ölkədə bir sıra banklar öz filiallarını bağlamağa qərar veriblər.

"Axar.az" ANS-ə istinadən bildirir ki, buna səbəb kreditlərin məhdudlaşdırılmasıdır. Belə ki, bank filialları daha çox kreditlərlə məşğul olurlar. Mütəxəssislər deyir ki, filialların bağlanmasına zərurət əsasən avtomobil kreditləşməsi dayandıqdan sonra yaranıb. Bir qayda olaraq banklar öz filiallarını müştərilərin sayının daha çox və təklif olunan xidmətlərə tələbatın yüksək olduğu bölgələrdə açırlar. Məqsəd xidmətlərə müştərilərilərin əlçatanlığını artırmaqdır.

Kreditlərlə bağlı son dəyişiklikdən sonra isə vətəndaşların bu filiallara müraciətləri azalıb.

Bu isə öz növbəsində bankların gəlirlərinin azalmasına səbəb olub. Artıq həmin filialların saxlanması bank üçün əlavə xərcə çevrilib. Nəticədə banklar öz fəaliyyətində struktur dəyişikliyi həyata keçirməyə başlayıblar. İqtisadçılar hesab edir ki, banklar öz xərclərinə qənaət etmək məqsədilə filiallarının sayını azaltmaqla yanaşı, həm də işçilərinin bir hissəsini ixtisar edəcək.

İqtisadçı Ruslan Atakişiyev: "İndiki vəziyyətdə banklar istənilən qədər kredit mütəxəssisi götürürdü. Bu işin mahiyyəti ondan ibarət idi ki, işə gəlmisənsə, kredit götürəcək şəxs tap. Çərçivə daraldıqca, insanların sayını da azaldacaq".

Filialların bağlanması xüsusən bölgələrdə gözlənilir. Hesab olunur ki, bu yerlərdə öz müştərilərinin azaldığını və digər xidmətlərə də tələbatın aşağı düşdüyünü görən bank həmin bölgədəki ofisini bağlayacaq.

Tarix
2014.02.01 / 01:30
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla