Yuxarı

Bayramov Quterreşlə görüşdü - XİN

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov Quterreşlə görüşdü - XİN

2023.09.23 - 22:37

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, görüşdə, Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyi, habelə bölgədə cari vəziyyət müzakirə olunub.

C.Bayramov, ölkəmizin BMT-yə üzv olmasından bəri Təşkilat, o cümlədən onun ixtisaslaşmış qurumları ilə faydalı əməkdaşlıq etdiyini, BMT-nin ölkəmizdəki fəaliyyətinin əhəmiyyətli olduğu bildirilib.

Bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh gündəliyi barədə məlumat verən nazir Ceyhun Bayramov, eyni zamanda, ötən günlərdə ölkəmiz tərəfindən ərazilərimizdə hələ işğal dövründə BMT TŞ-nin 4 qətnaməsinə zidd olaraq qeyri-qanuni mövcudluğunu davam etdirən, post-münaqişə dövründə Ermənistan tərəfindən saxlanan erməni silahlı qüvvələrinin varlığına son qoyulması ilə nəticələnən lokal antiterror tədbirləri barədə məlumat verib.

Sözügedən tədbirlərin 30 illik işğalın qalıqlarının aradan qaldırılması, o cümlədən bölgədə sülh və stabilliyə qarşı davamlı təxribatlar törədən qanunsuz silahlı qüvvələrin çıxarılması baxımından sülh prosesinə, o cümlədən Qarabağ bölgəsindəki yerli erməni sakinlərin reinteqrasiyasına töhfə verəcəyi əminliklə vurğulanıb.

Bu xüsusda, artıq ötən günlərdə Yevlax şəhərində Azərbaycan Hökuməti ilə erməni sakinlərin nümayəndəsi arasında görüşün baş tutması, habelə bu görüşün nəticələrinə uyğun olaraq sakinlərin ehtiyaclarının qarşılanması istiqamətində tərəfimizdən addımların atıldığı, humanirar yardımların göstərildiyi bildirilib.

C.Bayramov BMT baş katibinə hal-hazırda həyata keçirilən erməni silahlı qüvvələrinin tərksilahı prosesi barədə məlumat verib, son üç gün ərzində müsadirə edilmiş hərbi texnikanın və silah-sursatın şəkillərini baş katibə təqdim edib.

Görüş zamanı, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2023.09.24 / 00:58
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Tokayevi Azərbaycana dəvət etdi

Həsən Həsənov Ramiz Mehdiyevlə bağlı sirləri açdı

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Prezidentlər Süni İntellekt Mərkəzində... - Foto

Qafarova və Simonyan nələri müzakirə etdi?

Əliyev Astanada: mühüm iclas keçirildi - Foto

Mehdiyevin həbsi ilə bağlı diqqətçəkən məqam...

Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olundu

Orta güc strategiyası: Əliyevin Astana səfərinin hədəfləri...

Astanada Heydər Əliyevin ən sevdiyi mahnı... - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla