Yuxarı

Qətlə yetirilən Qızıl Məryəmin göydələni ortaya çıxdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qətlə yetirilən Qızıl Məryəmin göydələni ortaya çıxdı

Bakıda övladı tərəfindən 43 bıçaq zərbəsi ilə öldürülən qızıl alverçisinin yeni biznes obyektləri ortaya çıxıb.

Bu barədə Axar.az-a ailəyə yaxın şəxslər tərəfindən məlumat verilib.

1988-ci il təvəllüdlü Günel Hüseynovanın amansızlıqla qətlə yetirdiyi anası Məryəm Nametzadə şəhərdə "Xəzər" mebel salonu və eyni adda restoranın da sahibi olub.

Onun qətlinə qədər hər iki ticarət məntəqəsi fəaliyyət göstərib. Hazırda obyektlərin işini davam etdirib-etdirmədiyi bilinmir. Həmin ticarət məkanlarının şəhərin hansı ünvanlarında yerləşdiyi açıqlanmayıb.

Bundan başqa, M.Nametzadə illər əvvəl paytaxtda göydələn tikdirib. Bu işdə ona mərhum əri, Qarabağ qazisi Mehman Hüseynov xüsusi köməklik göstərib. Onun sahib olduğu MTK isə artıq çoxdan təhvil verilib və sakinlər mənzillərində yaşayır.

Xəbərə görə, M.Hüseynov həyat yoldaşına yeni bina tikilməsində dəstək versə də, sonradan onların münasibətləri soyuqlaşıb və Qarabağ qazisi evi tərk etməli olub. O, uzun müddət tənha yaşayıb. Yeri gəlmişkən, M.Hüseynov "Fəryad" filmindəki qəhrəmanın prototipidir.

Onu da deyək ki, M.Nametzadənin "Atbaş" ləqəbli avtoritet İlqar Cəbrayılovun yaxın adamı olduğu deyilir. 2012-ci ilə qədər İ.Cəbrayılov M.Nametzadənin himayəçisi kimi tanınıb.

Qeyd edək ki, yanvarın 5-də M.Nametzadənin yaşadığı mənzilində üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyiti aşkarlanıb.

Həyata keçirilmiş tədbirlər nəticəsində cinayətin mərhumənin qızı, 1988-ci il təvəllüdlü Günel Hüseynova, bacısı oğlu, 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsi müəyyənləşib.

Ötən gün isə mərhumənin bacısı Fəxriyyənin də saxlanıldığı barədə xəbər yayılıb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Tarix
2016.01.10 / 13:31
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Medvedyevdən şok: Yeni superdövlət yaradılır, lideri...

Ciddi hadisə: Naxçıvanın muxtar statusu ləğv edilir

ABŞ İranı mütləq vuracaq: elə şərtlər irəli sürüb ki...

Vens Azərbaycana bu mərasimdən sonra gələcək - KİV

Si Putinə qəzəblidir: Bu oyun Çinə ağır zərbə vurdu

Mühüm tədbir: Prezidentin səhifəsində video paylaşıldı

Kuleba Bakının bu dəstəyini yüksək qiymətləndirdi - Səfir

ADU və Sunqşil Universiteti Anlaşma Memorandumu imzaladı

Tehran İstanbuldan imtina etdi, Omanı seçdi - Görüş məhv oldu

Müəllimlər hansı hallarda işdən çıxarıla bilər?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla