Yuxarı

Paşayeva bu mübarizədə əsgər yoldaşım idi - Oğan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşayeva bu mübarizədə əsgər yoldaşım idi - Oğan

Qənirə xanım mənim 30 illik dostumdur. Turan mübarizəsində o, mənim əsgər yoldaşım idi. Biz bu işdə bir əsgər kimi çalışırdıq. İnsan belə zamanlarda nə deyəcəyini bilmir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan millət vəkili Qənirə Paşayevanın dəfn mərasimi zamanı deyib.

"Qarabağın azad olunmasının tam sevincini yaşaya bilmədən itirdik. Mən Qənirə xanımı 30 il əvvəl gənc jurnalist olarkən tanıdım. O gün də ürəyi Azərbaycanla döyünürdü. Millət vəkili oldu, "Can Azərbaycan" üçün müxtəlif vəzifələrdə çalışdı. Ömrünü vətən uğrunda xərclədi. Biz onu cavan yaşda itirdik. Onunla çoxlu xatirəimiz var. Avropada ermənilərə qarşı birlikdə mübarizə apardıq. Türkiyədə çox sayda konfransda iştirak etdik. Qənirə xanımın bizim turançılıq yolumuzda böyük xidmətləri olub. Biz bütün Türkiyəni şəhər-şəhər gəzirdik. O da Avropada ermənilərə qarşı mübarizə aparanda birgə idik. Vətən üçün hara çağırsaq, heç vaxt "yox" demədi. Dünyanın o biri ucunda da olsa, Qənirə xanım, “Burada bir konfrans olacaq, ermənilərə qarşı Azərbaycanın haqq davasını müdafiə edəcəyik” dediyimiz zaman heç vaxt işini düşünmədən gəldi, "Yaxşı, Sinan bəy gəlirəm", dedi. Vətən nə vaxt çağırsa, harada olsa, Qənirə xanım həmişə gəldi. Allah ondan razı olsun. Vətən ondan razıdır. Hamımız ona minnətdarıq. Allah rəhmət etsin. Başımız sağ olsun!" - deyə S.Oğan bildirib.

Tarix
2023.09.29 / 12:10
Müəllif
Axar.az
Digər xəbərlər

Sülhə nail olunub - İlham Əliyev

Azərbaycan-AB tərəfdaşlığı: Üfüqdən o yana... - Hacıyev

Fatimənin əmisindən ürəkdağlayan sözlər - Video

Azərbaycan nadir ölkələrdəndir ki... - Leyen

Qaz ixracımızın yarısı AB-nin payına düşür - Prezident

Leyendən Əliyevə: Siz öz liderliyinizi nümayiş etdirdiniz!

Bu, hər bir ölkə üçün milli maraq məsələsidir - Prezident

Azərbaycanda vəzifəli şəxs istefa verdi

İlham Əliyev və Leyen mətbuata bəyanat verdilər - Video

Ticarətin 70 faizdən çoxu Azərbaycanın payına düşür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla