Yuxarı

Araik: Gəncə şəhəri mənim əmrimlə vuruldu - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni mediası Qarabağdakı keçmiş separatçı liderlərin – Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyanın Xankəndidən qaçması ilə bağlı bir-birini təkzib edən məlumatlar tirajlamaqdadır.

Axar.az xəbər verir ki, əvvəlcə separatçıların Xankəndidən qaçdıqları barədə məlumat yayılsa da, sonradan elə erməni mətbuatı bunu təkzib etdi. Bildirildi ki, onların hetməsi üçün Azərbaycandan “icazə almağa” çalışırlar.

Qeyd edək ki, adıçəkilən keçmiş separatçıbaşılar hər iki Qarabağ müharibəsində əlləri Azərbaycan xalqının qanına batmış canilərdir.

Xüsusilə Araik Arutyunyan 44 günlük müharibə zamanı Gəncə şəhərindəki yaşayış binasının raketlə vurulması əmrini verdiyini videomüraciət zamanı etiraf etmişdi.

“Mənim sərəncamımla “arsax silahlı qüvvələri” yaylım atəş sistemi ilə Gəncə şəhərini vurub. Vaxtında qeyd etmişdim, xəbərdarlıq etmişdim. Təəssüflər olsun ki, bizim tarixi “Qandzak”ı - Gəncəni, “Kirovabad”ı, onların daimi hərbi yerləşdirmə yerlərini vurmuşuq. Çünki onlar buna məcbur etdilər. Özünüzə gəlin. Çünki daha böyük şəhərləri vurmağa ehtiyac olarsa, davam edəcəyik. Yeri gəlmişkən, düşmənə zaman verərək bir müddət böyük şəhərlərin raket və artilleriya ilə atəşə tutulmasını dayandırmaq əmrini vermişəm. O, xəbərdarlıq atəşi idi. Mülki insanları uzaqlaşdırın. Bu müharibəni siz başlamısız”, - Arutyunyan həmin müraciət zamanı bildirmişdi.

Göründüyü kimi, Azərbaycanın dinc, əməliyyatların aparıldığı ərazidən 100 km kənarda yerləşən şəhərini gecə yarısı, insanların yatdığı vaxt vurmaqla daha böyük tələfata səbəb olan bu qatilin Azərbaycan hüquq-mühafizə orqanlarının diqqətində olması təsadüfi deyil.

Tarix
2023.10.02 / 14:43
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Xankəndidə BƏƏ nazirini qəbul etdi - Foto

Ərdoğanın təyyarəsi Füzuliyə endi

İmaməli Rəhman Xankəndiyə gəldi - Foto

Azərbaycanda Türkiyə bazası? - Konstitusiya imkan vermir

Prezident Şahbaz Şərifi Xankəndidə qarşıladı

Kiyevdə Azərbaycan restoranı darmadağın edildi - Foto

Bu ölkələrin başçıları Xankəndidədir

Rusiya Bakıya doğru “barışıq addımı” atdı - Kommersant

Milli Məclisin növbəti iclası başladı

İlham Əliyev Donald Trampı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla