Yuxarı

İlham Əliyev məqalə yazdı - Davos

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev məqalə yazdı - Davos

Dünyada davam edən dərin iqtisadi və maliyyə böhranına baxmayaraq, Azərbaycan öz iqtisadiyyatını mənfi təsirlərindən qorumaq üçün hər şey edir.

Report xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Davosda keçirilən Ümumdünya İqtisadi Forumunun rəsmi saytında "Azərbaycan iqtisadiyyatının gələcəyi" adlı məqaləsindəndir.

Ölkə başçısı son 10 il ərzində Azərbaycan iqtisadiyyatının 300% artdığını, qeyri-neft sənayesində 8,4%-lik artım müşahidə olunduğunu, yoxsulluq və işsizliyin səviyyəsinin isə kəskin azaldığının qeyd edib.

"Hazırkı şəraitdə hökumətin əsas vəzifəsi makroiqtisadi sabitliyi və inflyasiyanın normal dərəcəsini təmin etməkdir" - deyən Prezident vurğulayıb ki, 2015-ci ilin sonuna inflyasiya səviyyəsi 4%-dən az olub. O bildirib ki, 2016-cı ildə hökumət inflyasiyanı elə bu cür aşağı səviyyədə saxlamağa çalışacaq.

Enerji mövzusuna toxunan Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın təklif etdiyi təşəbbüs və layihələr regiondan kənarda həyata keçirilir və ölkələri, qitələri birləşdirir. Onun sözlərinə görə, Azərbaycan Cənub qaz dəhlizinin dörd layihəsinin hər birində vacib səhmdarlardandır: "Cənub qaz dəhlizi layihəsinin həyata keçirilməsi nəticəsində bir sıra ölkələr alternativ mənbə kimi Azərbaycan qazına çıxış əldə edəcək. Başqa sözlə, Azərbaycan Avropanın qaz təhlükəsizliyinin təmin edilməsində çox mühüm və etibarlı tərəfdaşa çevrilir".

Məqalədə Prezident, həmçinin bildirib ki, nəqliyyat infrastrukturunun inkişafı da ölkə üçün prioritet hesab olunur.

Bu baxımdan, o, İpək Yolu layihəsi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttini, Azərbaycanda hava limanları və beynəlxalq dəniz limanının tikintisini qeyd edib.

Bundan başqa, Prezident Azərbaycanda elektron xidmətlərin inkişafından danışaraq ölkədə doqquz "ASAN" xidmət mərkəzinin açıldığını xatırladıb.

Prezident İlham Əliyev Azərbaycanın turizmin inkişafına da böyük diqqət ayırdığını vurğulayıb: "Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır və ölkə əhalisi bununla fəxr edir".

Tarix
2016.01.21 / 10:55
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə Bakıya köçürdüyü səfirliyini Tehrana qaytarır

Mehdiyev 7 saat dindirildi - İstintaqa əsa ilə gedib

MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...

Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır

Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?

Bakının Qəzza prosesində iştirakı ABŞ-ın seçimidir

Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video

Gəncədə törədilən növbəti terrordan beş il ötür

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla