Yuxarı

Xaricdən sifariş verdiyimiz bağlama itirsə… - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaricdən sifariş etdiyimiz bağlamalar bəzən aylarla vətəndaşa çatdırılmır. Bu zaman itmiş bağlamalara görə kimin məsuliyyət daşıdığı vətəndaşların əsas maraq dairəsindədir.

Məsələ ilə bağlı Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, itən bağlamalara görə məsuliyyət ya karqo, ya da sığorta şirkətinin üzərinə düşür:

“Bu, sifariş zamanı karqo şirkətinin saytda qeyd etdiyi müqavilələrdən asılıdır. Ya həmin itən bağlamalar sığortalanır və sığorta şirkəti tərəfindən ödənilir, ya da çatdırılma şirkəti məsuliyyəti öz üzərinə götürür və itən bağlamanın məbləğini ödəyir. Bu məsələ heç bir halda vətəndaşın məsuliyyətində qalmamalıdır”.

Natiq Cəfərli vətəndaşları xaricdən mal sifariş verərkən diqqətli olmağa çağırıb:

“Vətəndaşlar karqo şirkətləri vasitəsilə sifariş verərkən, onlayn formada təqdim olunan müqavilələrin şərtlərini diqqətlə oxuyub sonra təsdiq etməlidirlər. Lakin bəziləri buna fikir vermir. Belə hallarda bağlamayla bağlı hansısa bir problem olduqda vətəndaş istəmədiyi halda çarəsiz vəziyyətdə qalır”.

Tarix
2023.11.14 / 01:34
Müəllif
Əminə Tofiqqızı
Digər xəbərlər

Bayraqdar Azərbaycanda quruğu şirkətdən danışdı - Video

Bakı-Təbriz reysi bərpa oluna bilər - Prezidentlər danışdı

İlham Əliyev Pezeşkianla danışdı

Paşinyan yeni savaşa girdi: əxlaqsız görüntülər yayılacaq?

Xameneinin Trampa ağır cavabı: Sən kimsən ki…

Hikmət Hacıyev bu ölkələrin nümayəndələri ilə görüşdü

Sahibə Qafarova TBMM sədrini təbrik etd

Ukraynanın filmi: Behbudov, Ağdam və işğal... - Video

Qarabağa qarşı olan erməni bu söyüşə görə aparılıb – Video

Bakı Bəyanatı qəbul edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla