Yuxarı

Prezident 7 sərəncam, 5 fərman imzaladı - Yenilənib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev 7 sərəncam imzalayıb.

"Axar.az" xəbər verir ki, bu barədə informasiya Prezidentin rəsmi internet ünvanında yayımlanıb.

İmzalanan sərəncamlar müxtəlif istiqamətləri əhatə edib. Prezident Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi, M.C.Əhmədova "Əməkdar dövlət qulluqçusu" fəxri adının verilməsi, Mirzə Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında, Cinayət Məcəlləsi haqqında və Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında sərəncamlara imza atıb.

Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncama əsasən İlham Əliyev iki nəfəri yeni rütbə ilə təltif edib. Komitənin sədr müavini Şahin Soltan oğlu Bağırov general-leytenant, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Mustafa oğlu Qasımova gömrük xidməti general-mayoru rütbəsinə layiq görülüb.

Prezidentin sərəncamına əsasən Dövlət Gömrük Komitəsinin fəxri rütbələr alan digər əməkdaşları bunlardır:

Mehdiyev Səfər Məmməd oğlu, Məmmədov Nazim Xeyrulla oğlu, Babayev İqbal Alıcan oğlu, Fərzəliyev Dilavər Məmməd oğlu, Xəlilov Ehtiram Səyyaf oğlu, Məmmədov Asəf Səttar oğlu, Məmmədov Rauf Ənvər oğlu, Ağayev Elbrus Nadirulla oğlu, Ağayev Vüqar Qüdrət oğlu, Eyvazov Emin Həsən oğlu, Ələsgərli Fikrət Vahid oğlu, Əliyev Daşqın Malik oğlu, Əliyeva İlahə Baloğlan qızı, Əlizadə Arzu Hüseyn oğlu, Əşrəfov Həsən Bəxtiyar oğlu, Hacıyev Hacı Fərhad oğlu, Həsənli Hüseyn Sabir oğlu, Həsənov Səlvər Yavər oğlu, Hüseynəliyev Ədalət Həsən oğlu, Hüseynxanov Elvin Elşad oğlu, Hüseynli Ceyhun Qədir oğlu, İbrahimov Habil Qurbanəli oğlu, Qismətov Vüqar Yusif oğlu, Qulamov Elçin Cahangir oğlu, Quliyev Elsevər Həsən oğlu, Quliyev Rauf Zahid oğlu, Kərimov Sahil Baxşəli oğlu, Mahmudov Vüqar Şəmsəddin oğlu, Mehbalıyev Əbülfət Müslüm oğlu, Məmmədli Ramiz Vaqif oğlu,Məmmədov Fəxrəddin Həmdulla oğlu, Məmmədov Zəfər Səfəralı oğlu, Məsumova Asiya Vasif qızı, Nəbiyev İslam Hilal oğlu, Osmanov İlkin Ərzuman oğlu, Səbziyev Süleyman Nəriman oğlu, Səfərov Müslüm Həsən oğlu, Səfərov Şükür İsbəndiyar oğlu, Süleymanov Anar Hamlet oğlu, Tağıyev Rauf Mərdan oğlu.

Prezident həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri, qrant haqqında, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında dəyişikliklər edilməsi, qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında, Konstitusiya Məhkəməsi haqqında və Əmək Məcəlləsi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"haqqında qanunu imzalayıb.

İlham Əliyev Qrant haqqında, Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə fərmanlara da imza atıb.

Tarix
2014.02.03 / 22:30
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni açılan Ağdam Avtovağzal Kompleksindən görüntülər

İranlı nazirə canlı yayımda “donuz” dedilər - Qalmaqal

Prezident bu sözləri deyərkən kövrəldi - Video

Prezidentlə Ağ Şəhərdə xoşbəxtlik selfisi...

İlham Əliyev onları ayaqüstə alqışladı - Video

Mehriban Əliyeva Ağdam səfərindən video paylaşdı

Prezidentin vətəndaşla söhbəti: Mənim də ad günümdür - Video

Yekun qərarı Bakı verəcək - Ərdoğanın müşaviri

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında

Prezident kanat yolundan danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla