Yuxarı

Naxçıvanın 2024-cü il büdcəsi ilə bağlı açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvanın 2024-cü il büdcəsi ilə bağlı açıqlama

Naxçıvan Muxtar Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında qanun layihəsi təqdim edilib.

Axar.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 173 105 000,0 manat, xərcləri 516 365 000,0 manat, gəlir və xərcləri tənzimləmək üçün ayrılan dotasiya 343 260 000,0 manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 110 474 000,0 manat, yerli gəlirləri 62 631 000,0 manat, mərkəzləşdirilmiş xərcləri 464 440 000,0 manat, yerli xərcləri 51 925 000,0 manat) məbləğində müəyyən edilib.

Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının şəhər və rayonları üzrə gəlirlər 62 781 000,0 manat, o cümlədən “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna aid olan məbləğ 150 000,0 manat, yerli xərclər 51 925 000,0 manat, gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin məbləği 19 377 000,0 manat, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi 8 671 000,0 manat məbləğində müəyyən edilib.

2024-cü ilə dair Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsi haqqında qanun layihəsi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən Ali Məclisə təqdim olunub. Ali Məclis rəsmi orqanı “Şərq qapısı” qəzetində qanun layihəsini dərc edərək ictimai müzakirəyə çıxarıb.

Məlumat üçün bildirək ki, builki büdcə layihəsi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin apardığı islahatlar fonunda müəyyən edilmiş prinsiplər əsasında hazırlanmışdır. Burada maliyyə şəffaflığı əsas prioritet kimi diqqətdə saxlanılmışdır.

Tarix
2023.11.29 / 20:18
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə və Azərbaycan paxlava ilə bağlı hərəkətə keçdilər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla