Yuxarı

Sərhəd görüşünün yeni detalları: müəmmalı ağ bina... - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə Ermənistanın Baş nazirinin müavini Mger Qriqoryanın dünən Qazax-İcevan (Karvansaray) sərhədində baş tutan görüşündə müəyyən razılaşmalar əldə olundu. Bu razılaşmaların praktiki müstəvidə işləyəcəyi hələ də sual altında olsa da, sərhəddə yaşayan erməni əhalisi ümidlidir.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, "Azadlıq" radiosunun erməni xidmətinin çəkiliş qrupu görüşün keçirildiyi ərazidə olub, erməni əhalisi ilə danışıb.

Erməni əhalisi bildirib ki, onları anklavlar məsələsi maraqlandırsa da, rəsmi məlumatda bu haqda heç nə ilə rastlaşmayıblar.

“İndi sərhədi müəyyən etsələr, ortaq mövqe tapa bilərik. Bizim əkin sahlərimiz var, istəsələr tərk edə bilərik, əvəzində başqa yerdən versinlər. Vaxtilə azərbaycanlılarla mehriban şəraitdə yaşayırdıq”, - sakinlərdən biri deyib.

Yerli sakinlərin dediyinə görə, əvvəllər görüşlər sərhəddəki ağ binada baş tutub. Ora əsirlərin dəyişdirilməsi, atəşkəslə bağlı razılaşmalar və digər məsələlərin müzakirə yeri kimi tanınır. Dünənki görüşün ermənilərin “Ağ bina” adlandırdıqları yerdə keçirilib-keçirilmədiyi isə məlum deyil.

Ermənilər danışır ki, İcevan sərhədində abadlıq işləri aparılır, eyni adablıq işlərinin Qazax tərəfdən də həyata keçirildiyini müşahidə edirlər və düşünürlər ki, bütün bu işlər yolların tezliklə açılmasına hazırlıqdır. Hərçənd, bu haqda heç bir rəsmi məlumat yoxdur.

Tarix
2023.12.01 / 10:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının azad olunmasından 106 il ötür

Mİ6 şefi Bakıda - Foto

İvanişvilidən şok: Müharibəyə görə üzr istəyəcəyik!

Putin “cavabsız qoymayacağıq” dedi – Nələr edə bilər?

REAL-ın namizədinin anonim müraciətinə baxılmadı

Gömrükdə bəyan edilməyən dərmanlar aşkarlandı

Ordumuzun əsgəri silahdan açılan atəş nəticəsində öldü

Daha bir məntəqədə seçki nəticələri ləğv edildi

MSK-dan Qələndər Muxtarlının müraciəti ilə bağlı qərar

Bülbüloğluna Rusiyada Ermitaj Mükafatı təqdim edildi

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla