Yuxarı

MSK-dan Qələndər Muxtarlının müraciəti ilə bağlı qərar

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında 97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsi üzrə qeydə alınan namizəd Qələndər Şamil oğlu Muxtarlının müraciətinə baxılıb.

Axar.az xəbər verir ki, bu barədə MSK katibi Arifə Muxtarova bildirib.

O bildirib ki, ərizəçi öz ərizəsində göstərib ki, səsvermə prosesi qanunvericiliyin tələbinə uyğun keçirilməyib:

“Araşdırma nəticəsində müəyyən olunub ki, şikayət əsassızdır. Dairə Seçki Komissiyası tərəfindən aparılan araşdırma düzgün nəticəyə gəlib. Ərizəçinin müraciətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur, buna görə də DSK-nın qərarı qüvvədə saxlanılmalıdır”.

Təklif səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.

Tarix
2024.09.14 / 16:45
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-ın qardaş ölkəyə ədalətsiz sanksiyası…

Əliyevin tələbinə Paşinyanın hiyləgər cavabı...

Səfirimiz İranın vitse-prezidenti ilə görüşdü

Kiyev niyə türk respublikasına zərbə endirdi?

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt”

Bakı və İrəvan üçün tarixi fürsət yaranıb - Fidan

Zaur Hüseynov niyə işdən çıxarıldı? - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla