Yuxarı

Polad Bülbüloğlu: Ermənilərin Azərbaycandan getməsi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin Azərbaycandan getməsi ilə bağlı məsuliyyət İrəvan və separatçı rejimin üzərinə düşür.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu səfir Polad Bülbüloğlu Böyük Britaniyanın Rusiya Federasiyasına yeni təyin olunmuş səfiri Naydjel Keysini qəbul edərkən deyib.

Söhbət zamanı səfir P.Bülbüloğlu Rusiya Federasiyasında akkreditə olunmuş diplomatik korpusun duayeni qismində fəaliyyəti, Rusiya XİN-i ilə birgə təşkil edilən görüşlər və mədəni tədbirlər barədə qarşı tərəfi məlumatlandırıb.

P.Bülbüloğlu erməni əhalisinin könüllü köçməsinə Azərbaycan tərəfinin humanitar yardımı barədə danışaraq, beynəlxalq təşkilatların nümayəndələri təsdiqlədiyi kimi, bu prosesdə dinc əhaliyə qarşı heç bir zor tətbiq edilmədiyini vurğulayıb və ermənilərin Azərbaycandan getməsi ilə bağlı məsuliyyətin Ermənistan və onun nəzarəti altında olan separatçı rejimin üzərinə düşdüyünü qeyd edib.

Bununla yanaşı, səfir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri barədə həmkarına ətraflı məlumat verib, Azərbaycan Prezidenti İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən Xankəndi şəhərində “Qarabağ universiteti”nin təsis edildiyini xüsusilə vurğulayıb.

Görüş zamanı Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlıqla bağlı bəzi məqamlar nəzərdən keçirilib, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Böyük Britaniyanın səfiri maraqlı və faydalı görüşə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib.

Görüşün sonunda səfir Naydjel Keysiyə Heydər Əliyev Fondu tərəfindən çap edilmiş “Qarabağ işğaldan əvvəl və sonra” kitabı hədiyyə edilib.

Tarix
2023.12.01 / 22:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan Türkiyə ilə sərhəddə... - Video

Bu, müharibənin başlamasına səbəb ola bilər - Zülfüqarov

Əliyev İrəvana dostluq əlini uzadıb: Nikol bunu anlamırsa...

Türkiyə MN-dən birlik paylaşımı - Foto

Ərdoğanın Əsədlə görüşünü şərtləndirən 3 səbəb

Həbsxanalarda etiraf almaq üçün süni edam həyata keçirilir

Kremlin təklifi: Bakıya Moskva platforması lazım deyil!

İrəvan-Bakı normallaşma prosesi üzrə danışıqlar...

Azərbaycan və Somali XİN başçıları görüşdü

İrəvan nə istəyir: sülh, ya müharibə? - Vasadze

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla