Yuxarı

30 il Qarabağı qarət etdik, qızıllar hardadır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
30 il Qarabağı qarət etdik, qızıllar hardadır?

2020-ci ildə müharibədən sonra ailəmlə Ermənistanın Gorus şəhərinə təxliyə edildik. Ağdamda mülküm, evim, nar bağlarım var idi. Arutyunyan bizi aldadıb, heç bir pul ödəmədi. Pulu ancaq öz adamlarına verdilər, biz pulsuz qaldıq.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yaşamış erməni miqrantlardan biri, Ermənistan vətəndaşı İrəvan telekanallarına müsahibəsində deyib.

“Kəndin başçısı, Arutyunyanın adamları hamısı bizi qarət etdilər. Bizi evdən çıxardib dedilər ki, türklər gəlir. Bütün bunları onlar ediblər və indi də Saakayanla birlikdə cəzalarını çəkirlər. 30 il qarabağlıları aldatdılar. Kim rəhbərlik etdisə, bizi soydu. Qarabağ erməniləri 30 il aldadıldı. Köçəryan “Qarabağ məsələsini mən həll edəcəm” dedi. “Qarabağ məsələsi” nədir? Bizi qarət edib, yeyib, aldatdılar. Bunun Paşinyanla heç bir əlaqəsi yoxdur. Bilirsiniz, biz qarət etdik, Azərbaycan isə silahlandı. Biz düşünmürdük. 30 ildir ki, bütün Heyvalı qarət edilib, qızıl çıxarılıb, bu qızıl hardadır? Qarabağı qaytarmaq mümkün olmayacaq, bunu həmişə demişəm və deyəcəyəm. Azərbaycan hər rayonda baza yaradıb, aeroportlar tikibsə, Qarabağı necə qaytaracağıq. Onları necə məğlub etmək istəyirsiniz? Bu mümkün deyil, heç vaxt. Bütün dövlətlər Azərbaycanın tərəfindədir. Qarabağ klanı Qarabağı yedi. 1998-ci ildən Gorusdan Qarabağa gələndə Qukasyanın dövründə quldurluq başladı. Külli miqdarda rüşvət aldılar”, - o bildirib.

Tarix
2023.12.04 / 15:35
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Trampa qarşı edilən hücum oyun idi? - Ağar

Azərbaycan-Çexiya tərəfdaşlığında yeni mərhələ başlayır

Babişin Azərbaycana səfəri başa çatdı - Foto

Bundestaqın nümayəndələri Şuşa və Xankəndidə

Xəzər dənizindəki gəmilərə xəbərdarlıq edildi

Ermənistanın cənubu şimalı ilə Naxçıvan vasitəsilə...

Bu razılaşma ilə bağlı problem var, 4 məktub göndərmişik

Tokayev Azərbaycanla bağlı bu sazişi imzaladı

Azərbaycan və Türkiyə hərbçiləri təlimə başladı

Prezident Babişin səfəri ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla