Yuxarı

İrəvan Azərbaycanla dəmiryol bərpasını “ucuzlaşdırdı”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Azərbaycan və Türkiyəyə gedən dəmir yolu xətlərinin bərpasının dəyəri ilə bağlı hesablamaları son iki ildə kəskin şəkildə dəyişib.

Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

Qeyd olunub ki, Ermənistan maliyyə naziri Vahe Ovannisyan noyabrda verdiyi açıqlamasında “Dünyanın kəsişməsi” layihəsinin təxminən 400-500 milyon dollara başa gələcəyini bildirmişdi.

“Nazirin sözlərinə görə, Razdan-İcevan (Karvansaray)-Qazax-Ağstafa dəmir yolunun bərpası 318 milyon dollar, Arazdəyən-Horadiz 61.5 milyon dollar və Gümrü-Axuran stansiyası (Türkiyə sərhədi)​ dəmir yolunun bərpası 8-9 milyon dollara başa gələcək.

2021-ci ilin dekabr - 2022-ci ilin fevral aylarında Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin hesablamalarına görə, bu 3 dəmir yolunun bərpası xeyli baha hesablanmışdı. Belə ki, onlar təkcə Razdan-İcevan (Karvansaray)-Azərbaycan sərhədi sahəsinə 496 milyon dollar xərcləməyi planlaşdırıblar ki, bu da indiki hesablamalardan 1,5 dəfə bahadır.

Arazdəyən-Horadiz dəmir yolunun bərpası indikindən 3,7 dəfə baha - 226 milyon dollar qiymətləndirilirdi. 2022-ci ildə Gümrü-Türkiyə sərhədi hissəsinin bərpası 16,8 milyon dollar həcmində qiymətləndirilirdi ki, bu da hazırkı hesablamalardan təxminən 2 dəfə çoxdur”, - məlumatda qeyd olunub.

Tarix
2023.12.08 / 12:24
Müəllif
Axar.az
Digər xəbərlər

Muxtar Babayev vəzifəsindən azad edildi

Ağır günlərdə Türkiyənin ətrafında səfərbər olduq

Rusiya AZAL təyyarəsi ilə bağlı biabırçı bəyanatını "düzəltdi"

İlham Əliyev Ərdoğana məktub ünvanladı

Qəza ilə bağlı ilkin hesabat - Kremlin şərhi

Səbirli olun, Putin Əliyevə söz verib, edəcək! - Arkov

Riyakar rus təbliğatı bununla özünü ifşa edir

Qəza ilə bağlı ilkin hesabat üzə çıxartdı ki... – Türk ekspert

AŞ Putinə qarşı Xüsusi Tribunal yaradır

Daha 3 şəhidimiz dəfn olunacaq - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla