Yuxarı

“Dövlət qurumlarının qarşısına vəzifə qoyulub ki…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Dövlət qurumlarının qarşısına vəzifə qoyulub ki…”

Hazırda Azərbaycanda investisiya mühitinin daha da yaxşılaşdırılması, xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi üçün mövcud imkanların səfərbər edilməsi üzərində iş aparılır.

Axar.az xəbər verir ki, bunu Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Azərtac"a geniş müsahibəsində deyib. Onun sözlərinə görə, indi dövlət əsas diqqətini böyük layihələrin icrasına yönəldib:

"İkinci dərəcəli layihələr isə ya müvəqqəti dayandırılacaq, ya da xarici investisiyalar hesabına həyata keçiriləcək. Cənab Prezident xarici maliyyə institutlarından kreditlərin cəlb edilməsi məsələsinə də baxmağı tapşırmışdır. Azərbaycanın xarici borcu çox aşağıdır və indiki mərhələdə bu imkandan da yararlanmaq lazımdır. İnvestisiyaların ölkə iqtisadiyyatına cəlb olunması üçün hazırda məqsədyönlü tədbirlər həyata keçirirlir. Birincisi, yerli iş adamlarının ölkə iqtisadiyyatına sərmayə yatırmaları təşviq edilir. Bank sektorunun tənzimlənməsi prosesi başa çatandan sonra bankların da qeyri-neft sektoruna diqqət artırması üçün müvafiq tədbirlər görüləcək. Digər tərəfdən, işgüzar mühitin inkişaf etdirilməsi, inhisarçılıq, bürokratiya, korrupsiya və rüşvətxorluq kimi neqativ amillərin aradan qaldırılması üçün tədbirlər daha da gücləndirilib. Məsələn, lisenziyaların, icazələrin sayı azaldılıb və bu sahədə iş adamlarının bürokratik əngəllərlə rastlaşması ehtimalı minimuma endirilib. İpoteka xətti ilə böyük tikinti layihələrinin icrası dəstəklənəcəkdir. Dövlət qurumlarının qarşısına vəzifə qoyulub ki, iş adamları üçün lazımi şəraiti təmin etsinlər".

Tarix
2016.01.28 / 16:19
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

İlham Əliyev Nəhyanla görüşdü, sənədlər imzalandı

Tiktokda ödəniş sistemlərini təqlid edən saytlar aşkarlandı

DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu

Razılaşma: Zəngəzurdan Naxçıvana keçid necə olacaq?

Hakan Fidan Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla