Yuxarı

İlham Əliyev Niderland xarici işlər nazirini qəbul edib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Niderland xarici işlər nazirini qəbul edib

Prezident İlham Əliyev fevralın 4-də Niderland Krallığının xarici işlər naziri Frans Timmermansın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Axar.az" Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev bu yaxınlarda Davosda Niderlandın Baş naziri Mark Rutte ilə görüşünü və söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı məsələlər ətrafında səmərəli müzakirələr apardığını məmnunluqla xatırladıb. Dövlətimizin başçısı Niderland Krallığının xarici işlər naziri Frans Timmermansın ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdib.

Niderland Krallığının xarici işlər naziri Frans Timmermans ölkəsinin Azərbaycan ilə əlaqələri siyasi, iqtisadi və digər sahələrdə daha da genişləndirməkdə maraqlı olduğunu dedi. Frans Timmermans əlaqələrimizin inkişafında qarşılıqlı səfərlərin önəmini qeyd edib. Ölkəmizin qeyri-neft sektorunda əldə olunan nailiyyətləri yüksək qiymətləndirən nazir Niderland şirkətlərinin Azərbaycan iqtisadiyyatına, xüsusilə ölkəmizin qeyri-neft sektoruna böyük maraq göstərdiklərini vurğulayıb.


Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları, infrastruktur, təhsil, birgə layihələr və digər sahələrdə inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2014.02.04 / 17:54
Müəllif
Axar.az
Digər xəbərlər

Xəzər geri çəkilir: Azərbaycanı gözləyən 10 böyük təhlükə

Şövkət Mirziyayev Mikayıl Cabbarovu qəbul etdi

Mustafayevlə Overçuk sentyabrda görüşəcək

Vətən müharibəsi yeni reallıqlar yaradıb - Bayramov

Azərbaycan və Rusiya arasında sənəd imzalandı

Rusiya ilə birbaşa uçuşların bərpası planlaşdırılır

Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoydu

AZAL qəzası ilə bağlı bütün məsələlər... - Lavrov

Bayramov Moskvada "Naməlum əsgər"i ziyarət etdi

Bayramovla Lavrovun görüşü başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla