Yuxarı

Onlar Azərbaycana təzyiq göstərirlər... - Kalaşnikov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onlar Azərbaycana təzyiq göstərirlər... - Kalaşnikov

2024-cü ildə Azərbaycanda və Rusiyada prezident seçkiləri keçiriləcək. Həm İlham Əliyevin, həm də Vladimir Putinin nüfuzu göz qabağındadır, onları əhalinin böyük əksəriyyəti dəstəkləyir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov “Moskva-Bakı” nəşrinə geniş müsahibəsində deyib.

“Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev beynəlxalq hüquq baxımından suveren Azərbaycan torpaqları olan əraziləri öz nəzarətinə qaytardı. O, bu məsələyə son qoydu. O, bunu 9 (10) noyabr 2020-ci il tarixində üçtərəfli bəyanatın imzalanmasının qarantı olan Vladimir Putinin köməyi və obyektiv iştirakı ilə etdi. Təcrübə və tarixin göstərdiyi kimi, müxtəlif zəmanətlər var. Biz xatırlayırıq ki, Ukraynada Yanukoviçin devrilməsindən üç gün əvvəl Avropadan olan zaminlər hansısa sabitliyə zəmanət verən sənədlərə necə imza atmışdılar... Üç gün sonra isə özləri çevriliş etdilər. Bu da sizin üçün zəmanət! Yaxud ATƏT-in Qarabağ üzrə Minsk qrupunun eyni “zaminləri”. Ümumiyyətlə, bu qrup məsələnin yekun həlli baxımından barmağını belə tərpətməyib”, - o bildirib.

Kalaşnikovun sözlərinə görə, Rusiya həmişə Cənubi Qafqazda sülhün tərəfdarı olub və tərəfdarıdır:

“Bu gün region dövlətləri arasında sülh və konstruktiv qarşılıqlı fəaliyyət üçün belə imkanlar yaranıb. Rusiya bu gün bizə qarşı niyyətləri sülhpərvər olmaqdan uzaq olan kollektiv Qərblə qarşıdurmadadır. Onlar da Azərbaycana təzyiq göstərirlər. Ona görə də ölkələrimiz üçün 2024-cü ildə xüsusi çağırışlar olacaq. Bir çox qüvvə cəmiyyətlərimizi silkələmək istəyir. Ona görə də hesab edirəm ki, konsolidasiya lazımdır. Vladimir Putin və İlham Əliyevin rəhbərlik etdiyi Rusiya və Azərbaycanı bu gün həqiqətən də əsl suveren ölkələr adlandırmaq olar.

Putin də, Əliyev də bundan çox-çox əvvəl müstəqil siyasət yürüdürdülər və nümayiş etdirirdilər ki, bizim ölkələr heç bir qütbə tabe olmayacaq, öz ölkələrinin mənafeyinə uyğun olmayan bir iş görməyəcək - çoxqütblülük uğrunda mübarizə o vaxtından başlamışdı. O mübarizə bu gün də davam edir. Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və son illər bu struktura rəhbərlik edir. Və Hərəkat ölkələri də bu gün heç kim tərəfindən idarə olunmaq istəmədən öz siyasətlərini həyata keçirməyə çalışırlar”.

Tarix
2024.01.04 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

Bu ölkələrin XİN-ləri Azərbaycanı təbrik etdi

Müharibələr Azərbaycanın yan-yörəsini əhatə edib

Əzab-əziyyətə baxmayaraq, Azərbaycan xalqı əyilmədi

Əsl müstəqillik o vaxt olur ki... – İlham Əliyev

Dünya liderləri İlham Əliyevi təbrik edir

Prezident Böyük Qaladərəsi kəndində sakinlərlə görüşdü

İlham Əliyev Xankəndidəki Zəfər parkında - Foto

İlham Əliyev Xocalıda bu MMC-nin açılşında iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla