Yuxarı

AŞPA-dan Bakı ilə bağlı qərar - Təcili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyası Azərbaycanın Avropa Şurasına üzvlüyündən irəli gələn “əsas öhdəlikləri yerinə yetirmədiyi” qənaətinə gələrək, sessiyanın açılışı günü etiraz edilən Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməmək barədə qərar qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə AŞPA-nın saytında yayılan məlumatda bildirilib.

Qeyd edilib ki, Azərbaycanın azad və ədalətli seçkilər keçirmək qabiliyyəti, hakimiyyət bölgüsü, qanunverici orqanın icra hakimiyyəti qarşısında zəifliyi, məhkəmə hakimiyyətinin müstəqilliyi və insan hüquqlarına hörmətlə bağlı çox ciddi narahatlıqlar qalmaqdadır.

“Assambleya “Dağlıq Qarabağdakı vəziyyəti” də misal çəkərək, Azərbaycan rəhbərliyinin Laçın dəhlizindən azad və təhlükəsiz keçidin olmamasından irəli gələn “çox ciddi humanitar və insan haqları nəticələrini etiraf etmədiyini” qeyd edib və Assambleyanın sentyabr hadisələrini pislədiyini xatırladıb.

Nəhayət, parlamentarilər Assambleya ilə “əməkdaşlığın olmamasına” dair bir sıra misallar gətiriblər, o cümlədən onun monitorinqi üzrə məruzəçilərinə siyasi motivli ittihamlarla saxlanılan şəxslərlə görüşə icazə verilməməsi, Assambleyanın qarşıdan gələn prezident seçkilərini müşahidə etməyə dəvət olunmaması, seçkilər və AŞPA-nın digər məruzəçilərinin ölkəyə səfərlərinin rədd edilməsi və s.

“Reqlamentdə nəzərdə tutulmuş şərtlər yerinə yetirildikdə, Azərbaycan nümayəndə heyəti Assambleyadakı fəaliyyətini bərpa edə bilər”, - deyə deputatlar bildiriblər.

İldə bir dəfə AŞPA-nın hər bir hissə-sessiyasının açılış günündə milli parlamentlər öz nümayəndə heyətlərinin etimadnaməsini təqdim etməyə dəvət olunur. Azərbaycan parlamenti olan Milli Məclis on iki nəfərlik nümayəndə heyətinin etimadnaməsini təqdim edib.

Bugünkü qərar yalnız Azərbaycan parlament nümayəndə heyətinin səlahiyyətlərinə aiddir. Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü olmaqda davam edir”, - məlumatda bildirilib.

Qətnamə bu gün 76 lehinə, 10 əleyhinə və 4 bitərəf olmaqla qəbul edilib.

Qeyd edək ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti bundan öncə qurumdakı fəaliyyətini dayandırması ilə bağlı bəyanat yayıb.

Tarix
2024.01.24 / 22:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla