Yuxarı

Adamova: Bakı ilə İrəvan arasında dialoqa dəstək veririk

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Adamova: Bakı ilə İrəvan arasında dialoqa dəstək veririk

Çexiya bu gün Cənubi Qafqaz regionuna davamlı sülhün və əmin-amanlığın gəlməsi üçün Azərbaycan ilə Ermənistan arasında dialoqun davam etdirilməsinə dəstək göstərir.

Axar.az xəbər verir ki, bu fikirləri Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib.

O qeyd edib ki, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu şübhə doğurmur və Çex Respublikası hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

M.Pekarova Adamova qeyd edib ki, Çexiya parlamentariləri AŞPA-da Azərbaycanla bağlı sözügedən məsələnin müzakirəsində iştirak etməyib və lehinə səs verməyib.

O, ölkəmizin COP29-a ev sahibliyi münasibətilə təbriklərini çatdırıb, Çexiyanın bu tədbirdə yüksək səviyyədə təmsil olunacağını deyib.

Görüşdə, həmçinin ölkəmizin enerji sahəsində hər zaman etibarlı tərəfdaş olduğu qeyd edilib, Çexiyanın da neft məhsullarına tələbatının təxminən 30 faizinin Azərbaycan nefti hesabına ödənildiyi diqqətə çatdırılıb. Bildirilib ki, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi həm də insanlar arasında əlaqələrin genişləndirilməsi üçün mühüm vasitədir.

Deputatlar Palatasının sədri Azərbaycana ilk səfərinin ikitərəfli münasibətlərin inkişafına xidmət edəcəyinə inamını ifadə edib. O, ölkəsinin Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da inkişafında maraqlı olduğunu qeyd edib.

Tarix
2024.02.02 / 00:11
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

Bayramov Polşada mühüm konfransda iştirak etdi

Prezident bu ölkədəki səfirimizi geri çağırdı

Bayramov Polşada Radoslav Sikorski ilə görüşdü

Azərbaycan Venesuelaya başsağlığı verdi

Pezeşkianın Pakistandakı hərəkətinə gülənlərə... – Video

İlham Əliyev Nataşa Pirts Musarı təbrik etdi

Mühüm konfrans: Bakı Bəyannaməsi qəbul edildi

Ruttenin xüsusi nümayəndəsi Azərbaycandadır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla