Yuxarı

102 erməni öldürən Komandirin oğlu danışdı – Foto/Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
102 erməni öldürən Komandirin oğlu danışdı – Foto/Video

Murad Seyidov. O, bu gün yeni görüntüləri yayılmış Qarabağ qəhrəmanının – iki gündə 102 erməni döyüşçüsünü öldürən komandir Məhərrəm Seyidovun oğludur. Sumqayıt şəhərində anadan olub. Azərbayacan Neft Akademiyasını bitirib. Hazırda Azərbaycanda tanınan şirkətlərdən birində çalışır.

Murad Seyidov atasını xatırlamasa da, onunla bağlı bütün bildiklərini bizimlə bölüşdü.

- Bu qədər il sonra Məhərrəm Seyidovu necə xatırlayırsan?

- O vaxt mənim 2 yaşım var idi. Heç yadıma gəlmir. Mən də atamı ilk dəfə bu videoda görmüşəm.

Atam bu videodan 1 həftə sonra şəhid oldu. Evdəkilərin zarafatca dediyinə görə, bizimlə əsgərlərini ayırmırdı, deyirdi ki, hamınız mənim balamsınız, hamınızı eyni sevirəm. Ona görə də komandir kimi əsgərləri ilə birgə vuruşmağa qərar verdi. Çünki onun prinsiplərində komandir həmişə irəlidə getməli idi. Ali təhsilli zabit idi və əsas işi plan yazmaq idi. O isə vuruşmağı seçdi.

- Bəs, onun əsgər yoldaşlarından tanıdıqların varmı? Əsgərləri komandirlərinin ailəsi ilə bu illər ərzində əlaqə saxlayıblarmı?

- Mənim atam Ukraynada, Donetskdə ali hərbi təhsil alıb. Bütün qrup yoldaşları müxtəlif ölkələrdən idi. 3 il əvvəl bizi də dəvət etdilər Donetskə. 20 illik yubileylərini qeyd etməyə getmişdik. Hamısı ilə orada tanış olduq. Hazırda da əlaqələrimiz var. Amma əsgərlərini tanımıram.

Bu videonu görənə qədər darıxmırdım

- Atan üçün çoxmu darıxırsan?

- Atamı heç vaxt görmədiyimə görə indiyə qədər darıxmırdım. Ancaq bu videoda ilk dəfə gördüm və bu dəqiqə hədsiz darıxıram. Sanki illərdir görmüşəm.

Atamla vuruşmaq istəyərdim

- Oğullar atalarının yolunu seçir, adətən. Amma sən zabit olmaq istəmədin, deyəsən…

- İndiyə kimi heç vaxt zabit olmaq istəməmişəm - bəlkə də atamın zabit kimi, əsl komandir kimi şəhid olduğuna görə. İndi də elə bir istəyim yoxdur. Ancaq o yaşasaydı böyük məmnuniyyətlə onunla yanaşı vuruşardım. Atamla həqiqətən qürur duyuram.

- Bu qədər illərdən sonra Məhərrəm Seyidovdan Murad Seyidova xatirə qalan nədir?

- Atam Ermənistan çempionu idi. Cüdo və sambo üzrə. Çoxlu medalları və diplomları var. Ondan bizə xatirə qalan onlar və bəzi şəkillərdir…

İlahi ədalət üçün dəstəyinizə ehtiyacım var

- Murad, niyə illər sonra bu videonu ortaya çıxartdın?

- Bu videonu əmim bizə verib. Onun arxivində idi. Biz uşaq idik deyə, xəbərimiz olmayıb. Uşaqlıqdan özümə verdiyim bir sözü yerinə yetirmək şansı düşüb əlimə. Bir vədə general Elbrus Orucovun atam haqqında "Milli Qəhrəman verilsin" əmri kimlərsə tərəfindən yoxa çıxarılmasına baxmayaraq, bu video vasitəsiylə verilən əmri təzələyə bilərəm. Buna görə bütün yuxarı instansiyaların bu videonu görməsi və bu işin yenidən qaldırılması üçün dəstəyinizə ehtiyacım var.

Tarix
2014.02.06 / 15:40
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycanlı jurnalist Rusiyada "xarici agent" elan edildi

General Abbasov niyə işdən çıxarıldı? - Səbəblər

Hakan Fidan Ramil Həsəni qəbul etdi

Prezidentin nümayəndəsi Emi Karlonla görüşdü

Zəngəzur, AZAL, Mehdiyev... - Putin Əliyevə niyə indi zəng etdi?

Prezidentin yüksək vəzifə verdiyi Səfərov kimdir?

Silahla gəlib dedi ki, məni Mehdiyev göndərib...

Sülh imzalanıb, indi cəmiyyətlər barışmalıdır - Mirzoyan

Bu şəxslərə də güzəşt edilsin - Millət vəkili

Putin İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla