Yuxarı

Azərbaycan müdafiə xərclərini artırır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan 2016-cı ildə müdafiə xərclərini 391 milyon manat və ya 21,3% artırır.

APA xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanunda dəyişikliklər layihəsində əksini tapıb.

Qanun layihəsində bu il üçün müdafiə xərcləri 2 mlrd. 229 mln. manat nəzərdə tutulub. Bu vəsaitin 2 milyard 114 milyon manatı müdafiə qüvvələri, 108 milyon 895 min manatı milli təhlükəsizlik, 2 milyon 422 min manatı müdafiə və təhlükəsizlik sahəsində tədqiqatlar, 3 milyon 022 min manatı isə digər kateqoriyalara aid edilməyən xərclərin payına düşür.

Qeyd edək ki 2016-cı ilin təsdiqlənmiş büdcəsində cari il üçün müdafiə xərcləri 1 milyard 838 milyon manat səviyyəsində proqnozlaşdırılmışdı. Bu vəsaitin 1 milyard 723 milyon manatı müdafiə qüvvələri, 108 milyon 895 min manatı milli təhlükəsizlik, 2 milyon 422 min manatı müdafiə və təhlükəsizlik sahəsində tədqiqatlar, 3 milyon 022 min manatı isə digər kateqoriyalara aid edilməyən xərclərin payına düşür.

Müdafiə xərclərinin artmasının səbəbi müdafiə qüvvələrinə xərclənəcək vəsaitin 391 milyon manat artırılması ilə bağlıdır.

Tarix
2016.02.18 / 11:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla