Yuxarı

Bunu özümüzə təhqir hesab etdik - Əliyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bunu özümüzə təhqir hesab etdik - Əliyev

Fransanın Evian şəhərində Natəvanın heykəlinə qarşı vandalizm aktına səbəb Parisin BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında Azərbaycanı cəzalandırmaq cəhdlərinin uğursuz olması idi.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı söyləyib.

“Fransada, Azərbaycanın şəhərlərinin biri ilə qardaşlaşmış Evian şəhərində vandalizm aktı baş verdi. Azərbaycan şairi Natəvanın heykəli vandalizmə məruz qaldı. Sizə həmin heykəli, üzərindəki qırmızı boyanı və heykəlin qırılmış burnunu təsvir edən şəkilləri nümayiş etdirmək istəyirəm. Bu hadisə Fransada baş verdi və buna səbəb BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında Azərbaycanı cəzalandırmaq cəhdlərinin uğursuz olması idi”, - prezident deyib.

O qeyd edib ki, bu hadisədən sonra hakimiyyət orqanları boyanı yumaq və heykəli bərpa etmək əvəzinə onu, sadəcə, bükdülər və heykəl belə bükülmüş vəziyyətdə bir və ya iki ay qaldı:

“Vandalizmi dayandırmaqla bağlı bu ölkədəki səfirliyimiz və digər kanallarla Fransa hakimiyyət orqanlarına, Evian şəhərinin meriyasına müraciətlər edildi. Çünki heykəlin belə bükülmüş vəziyyətdə saxlanılması və hətta bu boyanın yuyulmasına cəhdin belə edilməməsinin özü vandalizm aktıdır. Nə Fransa hökuməti, nə də Evian meriyasının rəsmiləri tərəfindən buna heç bir reaksiya verilmədi”.

Dövlət başçısı bildirib ki, belə olan halda Azərbaycan heykəlin oradan təxliyə edilməsində israr edib.

“Çünki bunu özümüzə təhqir hesab etdik. Bu, bizi alçaltmaq demək idi. Bir çox hallarda özünü mənəvi lider kimi qələmə verən Fransa kimi bir ölkədə belə hallar qəbuledilməzdir. Heykəlin Evian şəhərindən Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısında olan bağçaya təxliyə edilməsi üçün bizə bir neçə ay lazım oldu və hazırda Natəvanın abidəsi oradadır”, - Prezident İlham Əliyev deyib.

Tarix
2024.03.14 / 16:58
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident WUF13-də iştirak edənlərin şərəfinə ziyafət verdi

Azərbaycanda bu xəstəliyə görə 7 milyon pul xərclənəcək

Azərbaycan bizə dəstək oldu, Ermənistan isə... - İran

Azərbaycanlı yazıçı Bakıdan deport olundu

Tehrandan sonuncu təyyarə Bakıya gəldi - Müharibə başlayır?

Qara şəhər əvəzinə Ağ şəhəri görə bilərsiniz - Əliyev

SOCAR prezidentinin gürcü müşavirinə yüksək vəzifə verildi

İlham Əliyevlə Vuçiçin səmimi - Fotoları

Azərbaycan Ordusu başlamışdı: Rusiyada şok yaşanır - Video

Bakıda Liderlər Sammiti: kimlər iştirak etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla