Ana səhifə Gündəm |
Bu il martın 10-11-də keçiriləcək IV Qlobal Bakı forumunda 8 ölkənin prezidenti iştirak edəcək.
APA-nın xəbərinə
görə, bu siyahıya Gürcüstan prezidenti Giorgi Marqvelaşvili,
Bolqarıstan prezidenti Rosen Plevneliyev, Fələstin prezidenti
Mahmud Abbas, Albaniya prezidenti Buyar Nişani, Makedoniya
prezidenti Gyorge İvanov, Montenegro prezidenti Filip Vuyanoviç,
Sloveniya prezidenti Borut Pahor və Bosniya və Herseqovina Rəyasət
heyətinin üzvü Mladen İvaniç daxildir.
Qeyd edək ki, "çoxqütblü dünyaya doğru" mövzusuna həsr olunan
Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami
Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı, həmçinin, Madrid
Klubu, İnter-Action Council, İsgəndəriyyə Kitabxanası kimi
beynəlxalq təşkilatların tərəfdaşlığı ilə baş tutacaq. Forumda
dünyanın nüfuzlu siyasi və dövlət xadimləri daxil olmaqla, 300-ə
yaxın nümayəndənin iştirakı gözlənilir.
IV Qlobal Bakı Forumunda dünyada etnik, dini və siyasi zəmində
baş verən münaqişələr, demokratiyanın inkişafı, təhsil, ekologiya,
enerji təhlükəsizliyi sahəsindəki qlobal problemlər müzakirə
ediləcək və bu problemlərin həlli yollarının tapılması
istiqamətində fikir mübadiləsi aparılacaq.
Xatırladaq ki, I, II və III Qlobal Açıq Cəmiyyətlər Forumu 2013, 2014 və 2015-ci illərdə Bakı şəhərində keçirilib.
Hər üç forumda Azərbaycan prezidenti İlham Əliyev iştirak edib.
Tarix
2016.02.23 / 12:53
|
Müəllif
Axar.az
|