Yuxarı

Blinken Putinə “salam” göndərdi, Bakıya savaş şansı verdik!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Blinken Putinə “salam” göndərdi, Bakıya savaş şansı verdik!

Ermənistanla ABŞ arasında xartiyanın imzalanmasında aşkar tələskənlik başa düşüləndir: Vaşinqton bu sənədlə yanvarın 17-də Moskvada hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalamağı planlaşdıran Rusiya və İran prezidentlərinə salamlarını göndərir. Erməni-Amerika sənədini diqqətli oxuyan adam görər ki, orada İran və Rusiya üçün narahatedici (əgər təhdid deyilsə) çoxlu müddəa var. İmzalanan xartiya mahiyyət etibarı ilə Ermənistanı ABŞ-ın regionda nəzarət proqramlarının həyata keçirilməsi alətinə çevirir ki, bu da hər an həm Moskvaya, həm də Tehrana qarşı istifadə oluna bilər. Bu isə ən azı əks getmək deməkdir.

Axar.az xəbər verir ki, bunu erməni analitik Hrant Melik-Şahnazaryan deyib.

“Təəssüf ki, Ermənistan geosiyasi mərkəzlər arasında maraqların toqquşması meydanı olmaqda davam edir və bu, bizim üçün çoxsaylı təhlükələr yaradır. Ermənistan hakimiyyəti Rusiya və İranla münasibətləri ardıcıl olaraq gərginləşdirir. Bu, artıq əməkdaşlıqdan imtina kimi deyil, açıq-aşkar qarşıdurma kimi görünür. Belə bir qarşıdurmadan Ermənistan nə qazana bilər? Təbii ki, yalnız yeni itkilər. Ölkəmizin Azərbaycan, Türkiyə, İran və Rusiya ilə eyni vaxtda münaqişələrə tab gətirə biləcəyinə hansı təminatlar var? Belə zəmanətlər yoxdur. Bəs Paşinyan hakimiyyətinin əsl məqsədi nədir? Ötən gecə Paşinyanla Mirzoyan daha bir addım ataraq müharibəni ölkəmizin sərhədlərinə yaxınlaşdırdı. Qorxuram ki, bu, artıq qaçılmazdır. Əminəm ki, azərbaycanlı diplomatlar əllərində Ermənistanla ABŞ arasında imzalanmış xartiyanın mətni ilə səhər saat altıdan Rusiya və İran XİN-lərinin qapısında dayanıb. Bir neçə gün əvvəl Əliyev əmin etdi ki, Zəngəzur üçün mümkün müharibə Moskva və Tehrana qarşı yönəlməyəcək. Bu gündən etibarən o, bu müharibənin onların maraqları naminə aparıldığını bəyan edə biləcək. Və müəyyən mənada bu doğru olacaq. Əminəm ki, dünən Paşinyan və Mirzoyan bunu Əliyevin göstərişi ilə etdilər. Nəticədə ABŞ öz problemlərini, Azərbaycan da öz problemlərini həll edir. Və bütün bunlar yenə də Ermənistanın hesabına”, - o bildirib.

Tarix
2025.01.15 / 15:56
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Zəngəzur dəhlizi və BTQ bir-birini tamamlayacaq - Boyraz

“Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi

Pezeşkian Azərbaycanla bağlı göstəriş verdi - Sənayi

Macarıstan prezidenti Əli Hüseynlini təltif etdi

Azərbaycan və Ermənistan nümayəndələri İrəvanda görüşdü

Yanacaqdoldurma obyektlərinə yeni tələb qoyuldu

Qafarova Zəngəzur dəhlizi ifadəsini Simonyana izah etdi

Ruslar vurdu: azərbaycanlıların evləri zərər gördü - Foto

Əliyev İrəvana gəlsin, Paşinyan Bakıya getsin... - Simonyan

Eyyubovdan Prezidentə: Bunu heç kim edə bilməzdi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla