Yuxarı

“AzerGold” rəhbərliyi jurnalistlərlə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

13 yanvar 2025-ci il tarixində “AzerGold” QSC-nin təşkilatçılığı, Medianın İnkişafı Agentliyinin (MEDİA) dəstəyi ilə “Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılması” layihəsinə cəlb edilmiş jurnalistlərlə görüş keçirilib.

Axar.az xəbər verir ki, “AzerGold” QSC-nin baş ofisində keçirilən görüşdə Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov, MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov və onlayn media subyektlərini təmsil edən jurnalistlər iştirak ediblər.

Tədbirdə çıxış edən Zakir İbrahimov dövlət tərəfindən milli mətbuatın inkişafına böyük diqqət göstərildiyini, media sahəsində müasir tələblərə uyğun mütəxəssislərin hazırlanması, onların fəaliyyətinin stimullaşdırılması istiqamətində həyata keçirilən səmərəli işlər nəticəsində mediamızın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb.

Fəaliyyətini yerli qanunvericilik və mütərəqqi beynəlxalq təcrübə, şəffaflıq, hesabatlılıq, informasiya açıqlığı prinsipləri əsasında təşkil edən “AzerGold” QSC-nin mətbuatla əlaqələrin inkişafına önəm verdiyini qeyd edən Zakir İbrahimov Səhmdar Cəmiyyətinin 2024-2026-cı illər üzrə Kommunikasiya Strategiyasının hazırlanıb təsdiq edildiyini, sənədin əsas SMART məqsədlərindən birinin yerli media ilə əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin dağ-mədən sahəsində məlumatlılığının artırılması olduğunu bildirib.

Layihə çərçivəsində təlim və mediaturda iştirak etmiş jurnalistlərlə görüşün Milli Mətbuatımızın yaradılmasının 150-ci ildönümünün qeyd olunduğu dövrə təsadüf etdiyi xüsusi olaraq vurğulanıb.

MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov isə “AzerGold” QSC-nin jurnalistlərin dağ-mədən sahəsində məlumatlılığının artırılması istiqamətində təşəbbüsünü yüksək qiymətləndirdiyini, bu cür layihələrin 150 yaşlı Azərbaycan jurnalistikasının davamlı tərəqqisi, sahəvi jurnalistikanın inkişafına xidmət etdiyini, nümunəvi xarakter daşıdığını diqqətə çatdırıb.

İcraçı direktor layihə çərçivəsində Gəncə və Daşkəsəndə təşkil edilən təlim və mediaturun dağ-mədən sahəsində media nümayəndələrinin məlumatlılığının artırılması istiqamətində kifayət qədər müsbət nəticələrlə yadda qaldığını, jurnalistlərin sahə üzrə ixtisaslaşması istiqamətində mühüm addımlardan biri olduğunu bildirib.

Daha sonra təlim və mediaturla bağlı təəssüratlarını bölüşən media nümayəndələri layihəni yüksək qiymətləndirib, sahəvi jurnalistikanın inkişafı istiqamətində mühüm təşəbbüslərdən biri kimi xarakterizə ediblər.

Çıxışlardan sonra təlim və mediaturda uğurla iştirak etmiş jurnalistlərə sertifikat və xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, “Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılması” layihəsi çərçivəsində 19-20 dekabr 2024-cü il tarixlərində onlayn mediada çalışan bir qrup jurnalistin Gəncə şəhəri və Daşkəsən rayonuna ikigünlük səfəri təşkil edilib.

Səfər çərçivəsində jurnalistlər metal filizi sahələrində həyata keçirilən geoloji kəşfiyyat, hasilat, emal, qiymətli metalın satışının təşkili, eləcə də ətraf mühitin mühafizəsi, hasilat bölgələrində həyata keçirilən korporativ sosial məsuliyyət fəaliyyəti ilə bağlı həm yeni məlumatlara yiyələnib, həm də səfər etdikləri Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsi, eləcə də sosial sahədə görülən işlərlə əyani tanış olublar.

Həmçinin layihə çərçivəsində jurnalistlərin dağ-mədən sahəsinə dair məlumatlılıq səviyyəsinin ölçülməsi məqsədi ilə təlimdən öncə və sonra test tapşırıqları icra edilib.

Tarix
2025.01.15 / 16:03
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə birgə hərbi təlimə başlayır - Video

"Azercell"dən qadınların aqrobiznesinə dəstək

Hərbi vəzifəlilərin təlim toplanışı keçirilir - Video

Dini qurumların rəhbərləri Əliyevə buna görə təşəkkür etdi

Ceyhun Bayramov AQEM Baş katibi ilə görüşdü

AZAL təyyarəsinin “qara qutu”ları ilə bağlı açıqlama

İlham Əliyev 4 fərman imzaladı

Rusiya təyyarəmizi vurur, İran təxribata davam edir, İrəvan isə...

Blinken Putinə “salam” göndərdi, Bakıya savaş şansı verdik!

ABŞ-İrəvan sazişi Bakıya qarşı deyil: Hədəf bu ölkələrdir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla