Yuxarı

Stoltenberq Bakıdan nəyi xahiş etdi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO Baş katibi Yens Stoltenberq Bakıdakı açıqlamalarında Şimali Atlantika Blokunun Azərbaycanla əməkdaşlıqdan məmnun qaldığına dair xeyli cümlə söylədi, konkret misallar çəkdi. Baş katib Azərtac-a müsahibəsində sadəcə Azərbaycanla bağlı bir istəyini səsləndirdi: “NATO müttəfiqlərinin, Azərbaycanın və dünyada bütün ölkələrin marağında olan odur ki, Prezident Putinin qalib gəlməsinin qarşısı alınsın. Ona görə düşünürəm ki, Azərbaycanın da Rusiyaya qarşı iqtisadi sanksiyalara qoşulması çox vacibdir. Çünki bu ölkə beynəlxalq hüququ pozmaq və başqa ölkənin ərazisinə hücum etməyin əvəzini ödəməlidir”.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Əlbəttə, Azərbaycan da bir çox dövlət kimi Ukraynanın ərazi bütövlüyünü təmin etməsini arzulayır. Çünki ərazi bütövlüyü məsələsi Azərbaycan üçün həssas mövzudur, torpaqlarımızın uzun illər işğal altında qalmasıyla bağlı acı təcrübəmiz var. Ona görə də Azərbaycan Rusiyanın Ukraynada qələbəsinin əleyhinədir. Ancaq Azərbaycan Yens Stoltenberqin arzuladığı kimi, Rusiyaya qarşı iqtisadi sanksiyalara qoşula bilməz. Yəqin bu haqda ona Bakıda bağlı qapılar arxasında deyiblər. Maraqlıdır, görəsən Stoltenberq eyni sözləri Azərbaycandan sonra səfər etdiyi Ermənistanda və Gürcüstanda da deyibmi? Deyibsə də, İrəvan və Tiflis Bakı kimi NATO baş katibinə eyni cavabı verib. Ermənistanın Rusiya ilə münasibətlərində suallarının sayının artmasına baxmayaraq, bu ölkə ilə iqtisadi əlaqələrdən imtina etməyəcək. NATO üzvü olmaq istəyən və Moskva ilə diplomatik münasibətləri olmayan Gürcüstanın özü belə Rusiya ilə iqtisadi əlaqələrdən imtina etməyib və etməyəcək. Çünki praktik baxımdan da Azərbaycan, Ermənistan və Gürcüstan məhsullarının satışı üçün hələ ki, ən münbit bazar Rusiyadır. Tutaq ki, Cənubi Qafqaz ölkələri Yens Stoltenberqin istədiyi kimi Rusiyaya qarşı iqtisadi sanksiyalara qoşuldular, bu halda Avropa İttifaqı ölkələri Azərbaycanın, Gürcüstanın və Ermənistanın kənd təsərrüfatı və digər məhsullarını qəbul etməyə hazırdılarmı? Bu suala müsbət cavab vermək mümkün deyil”, - politoloq vurğulayıb.

Tarix
2024.03.19 / 16:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhün imzalanmasına tezliklə nail olmaq üçün... - Peskov

Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?

Aksiyaya qoşulan hərbçilər müraciət yaydı: Bağışlayın!

Erməni hərbçilər aksiyaçılara qoşuldu - Nikola qarşı qiyam?

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla