Yuxarı

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda tanınmamış “dqr”in “mühacirətdə olan hökuməti”nin fəaliyyət göstərməsi ilə bağlı bəyanatlar milli təhlükəsizliyə təhdiddir, rəsmi İrəvan belə strukturu tanımır.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

“Qarabağdan köçən bəzi dairələr bilərəkdən və ya bilməyərəkdən Ermənistan Respublikasının milli təhlükəsizliyinə təhdid yaradan hərəkətlər və addımlar atırlar, hansısa hakimiyyətin mühacirətdə olduğunu bəyan edirlər. Mən çox açıq şəkildə bildirmək istəyirəm ki, Ermənistan Respublikasında hökumət var və o hökumət də bu zalda oturub. Bu mesaj çox aydındır: lazım gələrsə, xarici qüvvələrin Ermənistanın milli təhlükəsizliyinə təhdidlər yaratmaq məqsədilə müəyyən dairələrdən istifadə etməməsi üçün müvafiq addımlar atılmalıdır. Mən açıq şəkildə bildirmək istəyirəm ki, Ermənistanda Ermənistan Respublikası hökumətindən başqa heç bir hökumət ola bilməz. Ermənistanda kimsə özünü hökumət kimi tanıdırsa, bu, milli təhlükəsizlik məsələsidir. Bu, sadə bəyanat deyil, aydın mesajdır və bu mesaj real həyatda ifadə olunmalıdır”, - Paşinyan bildirib.

Qeyd edək ki, Qarabağ separatçılarının keçmiş rəhbəri Samvel Şahramanyan Fransanın “Le Figaro” nəşrinə müsahibəsində mühacirətdə olan “Qarabağ hökuməti”nin İrəvanda fəaliyyətini davam etdirdiyini demişdi.

Tarix
2024.03.28 / 11:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla