Yuxarı

Xocalı soyqırımı ABŞ mətbuatında - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xocalı soyqırımı ABŞ mətbuatında - Foto

ABŞ nəşri olan "Jewish Jurnal" qəzeti Azərbaycan dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayevin məqaləsini dərc edib.

Axar.az xəbər verir ki, "Faciənin sərhədi yoxdur: Xocalı soyqırımı qurbanlarını yad edərkən" adlı məqalədə M.Yevdayev erməni silahlı birləşmələrinin Azərbaycanın Xocalı şəhərində törətdiyi hərbi cinayətdən söz açır.

Müəllif qeyd edir ki, hər il fevral ayında ölkəmizdə 1992-ci ilin faciəli hadisələri xatırlanır. Həmin dövrdə erməni silahlı birləşmələri Azərbaycanın Qarabağ bölgəsindəki Xocalıda qadınlar, uşaqlar və qocalar daxil olmaqla 613 dinc vətəndaşı qətlə yetiriblər.

M.Yevdayev yazır ki, hər bir yəhudi üçün belə bir hadisə xüsusi məna kəsb edir, çünki yəhudi xalqı da əsrlər boyu dünyanın müxtəlif guşələrində təqiblərə məruz qalıb. Müəllif qeyd edir: "Mənim üçün 1992-ci ilin Xocalı soyqırımı müstəsna olaraq şəxsi faciədir". Onun sözlərinə görə, Azərbaycanda elə bir adam tapmazsan ki, erməni təcavüzü nəticəsində doğmaları, yaxud tanışlarından kimsə əziyyət çəkməsin, həlak olmasın. Azərbaycan sovet istibdadı dövründən keçsə və amansızlığın nə olduğunu bilsə də, heç kim Xocalıda bu dərəcədə qəddarlığın olacağını gözləmirdi. Dağ yəhudiləri icmasının rəhbəri yazır: "Xocalıda baş verənlər Holokostla bağlı fotoalbomdan götürülmüş şəkildir".

Məqalənin sonunda müəllif qeyd edir ki, bütün ədalətsiz müharibələrin qurbanları, o cümlədən Xocalıda erməni cəlladları tərəfindən qətlə yetirilən günahsız insanlar daim anılmalıdır.

Tarix
2016.02.25 / 23:27
Müəllif
Axar.az
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla