Yuxarı

İranın yalanı ifşa oldu: Hanı ölən diplomatlar? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:16

1 apreldə İsrailin dəqiq zərbələrlə Dəməşqdəki İran konsulluq binasını vurması barədə Tehranın yaydığı məlumat elə həmin gün İsrail Teleqram kanalları vasitəsilə təkzib olundu.

Axar.az xəbər verir ki, qısa müddət sonra İsrail rəsmiləri də İranın səfirlik və ya konsulluq binasına hücum edilmədiyi, SEPAH-ın qərargah kimi istifadə etdiyi binanın hədəf alındığını açıqladı.

Əslində, İsrail haranı vurub?

1 apreldə, zərbədən dərhal sonra İranın Suriyadakı səfiri Hüseyn Əkbəri açıqlama verərək, İsrailin F-35-lərdən atdığı 5 raketlə İran səfirliyinin yanında yerləşən konsulluq binasını darmadağın etdiyi, nəticədə iranlı diplomatların öldüyünü açıqladı. İran səfiri SEPAH zabitlərinin ölümü ilə bağlı bircə kəlmə də demədi, yalnız iranlı diplomatların ölümündən bəhs etdi. Saylarına gəldikdə isə bildirdi ki, 5-7 adamın öldüyünü təxmin edirlər, dəqiq rəqəm dağıntılar tam təmizləndikdən sonra üzə çıxacaq.

Ancaq aradan iki gün keçməsinə baxmayaraq, İran ölən diplomatlarından birinin də adını açıqlamayıb. Məgər iki gündür dağıntıları təmizləmək mümkün olmayıb, yoxsa diplomatları sayıb, kimin “yoxa çıxdığını” tapa bilmirlər?

Əvəzində isə dini liderləri Xamenei də daxil olmaqla, SEPAH-ın iki generalı və 5 yüksək rütbəli zabitinin – müşavirlərin ölümü təsdiqlənib və onların adı da açıqlanıb.

Maraqlıdır: SEPAH hücumdan dərhal sonra ölən generallarının və zabitlərinin adını, rütbəsini elan edə bilir, İran səfirliyi ölən diplomatlarının sayını və kimliklərini iki gündür tapa bilmir? Heç “itkin düşənlər” haqda da məlumat yoxdur. Ümumiyyətlə, səfir xaricində İran rəsmiləri diplomatların ölümü haqda niyə danışmırlar?

Ona görə də sual yaranır: Konsulluq binası vurulursa, niyə ölənlər SEPAH generalları və zabitləridir? Necə ola bilər ki, konsulluq binası yerlə-yeksan edilir, ancaq bir diplomatın da burnu qanamır?

Anlaşılan odur ki, İran və Kanada səfirliyinin ortasında yerləşən və “İran konsulluğu” adı altında fəaliyyət göstərən bina həqiqətən SEPAH-ın istifadə etdiyi qərargah olub. İsrail bu maskalanmış-gizlədilmiş qərargahı aşkarladıqdan sonra isə idealcasına dəqiq zərbə endirib. Elə bir zərbə ki, bunun nəticəsində nə İran səfirliyinin əməkdaşları ziyan görüb, nə də Kanada. Hətta zərbə istiqaməti də o qədər dəqiq seçilib ki, dağıdılan binanın “dalğası” yalnız İran səfirliyinin binasına ziyan verib, Kanada səfirliyinə isə “toz da qonmayıb”.

Beləliklə, İranın “Konsulluq binası vurulub” təbliğatı özünü doğrultmur.

O ki qaldı İranın öz diplomatlarının ölümünü qəsdən gizlətməsi haqda versiyaya, bu, inandırıcı deyil. Əlbəttə, diplomatların ölümü artıq İranın dərhal cavab zərbəsi endirməsini vacib edir. SEPAH zabitlərinin ölümü isə “hərbi qarşıdurmadır”, İrana hücum sayılmır və bunun qisası “üçüncü ölkələrdə” nə vaxtsa verilə bilər. Digər tərəfdən, diplomatların ölümünü açıqlanmaqla Tehran İsrailin konsulluğa hücum etmədiyi arqumentini gücləndirir - birbaşa konflikdən qaçmaq məqsədi ilə.

Ancaq bu ehtimal, dediyimiz kimi, çox cüzidir: çünki hansısa diplomatı ölsəydi, İran bundan beynəlxalq miqyasda İsrailin cinayətkar hücumunu ifşa etmək üçün istifadə edə bilərdi. Əvəzində isə İranın “konsulluğa hücum edilib” tezisini davam etdirməyə çalışdığı, əvəzində isə SEPAH zabitlərindən başqa ortaya “meyit qoya bilməməsinə” şahid oluruq.

Demək, binanın SEPAH qərargahı olması dəqiqdir!

Tarix
2024.04.03 / 17:36
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Ermənistana nələr ötürüb? – Bordyujadan etiraf

Dövlətlər Suriya üçün toplandı: nə Rusiya var, nə də...

Nazir işdən çıxarılan rəisə yeni vəzifə verdi

Əsgərlik yaşının azaldılmasının əsl səbəbi budur

İlham Əliyev Gürcüstanın yeni prezidentini təbrik etdi

Mənim məlumatına görə, İlham Əliyevin reytinqi… - Kolerov

Bakıya hüquqi əsas verirsiniz, Zəngəzuru ala bilər – Rus ekspert

Kolerov: Ədalətli olun, onlar Bakının nəyinə lazımdır?

15 gün sonra Tiflisdə ağrılı proses olacaq

Azərbaycan hərəkətə keçəndə bizi günahlandırdılar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla