Yuxarı

BMT-də Azəbaycanın təşəbbüsü ilə brifinq keçiriləcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatında (BMT) Azəbaycanın təşəbbüsü ilə "VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu" üzrə birgə brifinq keçiriləcək.

Axar.az xəbər verir ki, aprelin 12-də BMT-nin Nyu Yorkddakı qərargah binasında keçiriləcək birgə brifinqdə "VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu"nun təşkilat komitəsinin İşçi qrupunun rəhbəri, Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcək.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın irəli sürdüyü və BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Avropa Şurası, AŞ-nin Şimal-Cənub Mərkəzi və İSESKO-nun dəstəklədiyi təşəbbüsdür. Təşəbbüs mədəniyyətlərarası dialoqun dünyada ən təxirəsalınmaz vəzifələrdən biri olduğunu göstərir.

Qeyd edək ki, 2008-ci ildə əsası qoyulan "Bakı Prosesi" çərçivəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq və qlobal səviyyədə yeganə platformadır. 2011-ci ildə Bakıda ilk dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha sonra 2013, 2015, 2017 və 2019-cu illərdə təşkil edilib. BMT-nin Baş katibi "Bakı Prosesi"ni tanıyıb və mədəniyyətlər arasında dialoqun tərəfdarıdır. BMT Baş Assambleyası da ardıcıl olaraq Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu təsdiqləyib.

Mayın 1-3-də Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Tədbir İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatı ilə birgə təşkil olunacaq.

Tarix
2024.04.10 / 23:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla