Yuxarı

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

Son həftələrdə işğalda olan kəndlərimizin geri qaytarılması ilə bağlı danışıqlar ciddi bir mərhələyə keçmişdi. Paşinyanın da Voskepara (Əskipara) səfərlərinin səbəbi bu idi.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev deyib.

Hərbi ekspert Qazaxın işğalda olan 7 kəndindən anklav olmayan 4 kəndin qaytarılmasını növbəti qələbə adlandırıb:

“Artıq bu gün dörd qeyri-anklav kəndin qaytarılması qərarı rəsmi şəkildə Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə qəbul olunub. Əsas məsələ prosesin başlanmasıdır. Mübahisəli olmayan kəndlərin Azərbaycana qaytarılması isə delimitasiya və demarkasiya prosesində aktivləşməyə, həm də müsbət əhval-ruhiyyənin formalaşmasına gətirib çıxaracaq. Əlbəttə ki, mərhələli şəkildə digər anklav kəndlərimiz də geri qaytarılacaq. Ermənistan bu kəndlərin qaytarılmamasını yeni müharibə səbəbi kimi görürdü. Paşinyan özü dəfələrlə bunu demişdi. Azərbaycanın da beynəlxalq hüquqla buna tam haqqı var idi. Fikrimcə, rəsmi İrəvan bu dəfə doğru qərar verdi. Bir güllə atılmadan və şəhid verilmədən kəndlərin geri qaytarılması Azərbaycanın növbəti qələbəsidir. Münasibətlər yeni mərhələyə qədəm qoyacaq. Növbəti mərhələlərdə isə Zəngəzur dəhlizi ilə bağlı da konkret addımların atılacağını düşünürəm”.

Tarix
2024.04.19 / 18:51
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla