Yuxarı

“Rusiya başa düşür ki, artıq Azərbaycan...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Rusiya başa düşür ki, artıq Azərbaycan...”

Azərbaycanın qərbyönlü siyasəti xeyli fəallaşıb. ABŞ və Avropa Birliyi (AB) ilə münasibətlər yüksələn xətt üzrə inkişaf edir.

Bu sözləri sabiq dövlət müşaviri Qabil Hüseynli hazırkı geosiyasi şəraitdə Azərbaycanın yürütdüyü xarici siyasətlə bağlı Axar.az-a danışarkən deyib. Politoloq qeyd edib ki, Avropa Birliyi (AB) bir sıra enerji layihələrinin həyata keçirilməsində Azərbaycanı özünə ən etibarlı tərəfdaş sayır:

"Azərbaycanın qərbyönlü siyasəti xeyli fəallaşıb. ABŞ və Avropa Birliyi ilə münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan hazırda regionda enerji dəhlizi rolunu oynayır. Rusiya Ermənistanı təpədən-dırnağa qədər silahlandırır. Məhz bunun nəticəsidir ki, Dağlıq Qarabağda sülh yaratma prosesində ciddi əngəllər meydana çıxır. Bütün bunlara baxmayaraq, Azərbaycanın Rusiya ilə münasibətləri qaydasındadır. Zənnimcə, tam səmimi olmasa da, Rusiya tərəfi bunu anlamış kimi görünür".

Q.Hüseynlinin sözlərinə görə, İranla münasibətlərin Azərbaycan üçün əhəmiyyəti daha böyük olacaq:

"Çünki Xəzərdə bir sıra neft-qaz yataqları var ki, İran bunları mübahisəli hesab edir. Ancaq Azərbaycan prezidentinin İrana səfərində həmin ərazilərin ortaq işlənilməsi ilə bağlı razılığa gəlinib. Üstəlik, İran öz qazını Ermənistandan deyil, Azərbaycan ərazisindən TANAP-a qoşa da bilər. Azərbaycan, İran və Rusiya xarici işlər nazirləri Tehranda görüşəcəklər. Bu görüş üçtərəfli əməkdaşlıqdan xəbər versə də, üçlər ittifaqının yaradılmasını nəzərdə tutmur. Qoşulmayanlar Hərəkatının üzvü və balanslı siyasi xətt yeridən ölkə kimi Azərbaycanın Rusiya və İranla bir ittifaqda yer almasından söhbət gedə bilməz. Bu görüşdə Azərbaycan Dağlıq Qarabağ problemini daha qabarıq surətdə meydana qoya bilər. Ona görə də rəsmi Bakıya hazırda məhz bu cür tarazlaşdırılmış siyasət lazımdır".

Tarix
2016.03.03 / 08:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Azərbaycanla çox vacib razılığa gəldik

Abbas Arakçı Azərbaycana təşəkkür etdi

İrana quru hücumu sabah başlayır: BƏƏ niyə yardım edir?

İlham Əliyev banqladeşli həmkarını təbrik etdi

Rusiyadan İrana göndərilən yardım "Qaradağ"a çatdı

"Labubu" oyuncaqları rekord gəlir qazandırdı

Neft-qaz sektorunda azalma baş verdi, əvəzində... - Ekspert

ABŞ və İranın qəbuledilməz şərtləri: kim geri çəkilir?

Yaxın Şərqdə gərginlik: bu layihənin əhəmiyyəti artmaqdadır

Heç kəs xəyal etmirdi: İran gözləntiləri darmadağın etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla