Yuxarı

“Roqozin Bakıya bu vədlərlə gəlmişdi, lakin...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bölgədə çox dinamik geosiyasi proseslər baş verir. Belə bir gedişat böyük gücləri - Amerika və Rusiyanı ciddi surətdə maraqlandırır.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli son zamanlar Azərbaycanın Qərblə münasibətlərində hiss olunan pozitiv dəyişikliklərlə bağlı Axar.az-a danışıb. O, Avropa Birliyi və ABŞ-la münasibətləri strateji səviyyəyə qaldıran Azərbaycanın çox mühüm siyasi gedişlər etdiyini nəzərə çatdırıb:

"Azərbaycan artıq Qərbin etibarlı qaz təminatçısına çevrilir. Cənub Qaz Dəhlizi Məşvərət Şurasının II toplantısında 8-dən çox dövlətin nazir və nümayəndələrinin iştirakı Bakıya göstərilən böyük etimaddır. Üstəlik, hazırda İranın TANAP-a qoşulması məsələsi gündəmdədir. İlham Əliyev Tehranda olarkən bu məsələni İran rəhbərliyinin diqqətinə çatdırıb. İran tərəfinin bunu müsbət qarşıladığı deyilir. Görünür, İran vaxtilə Sovet İttifaqına qaz nəql etdiyi kəmər vasitəsilə Azərbaycanın TANAP layihəsinə qoşulmaq niyyətindədir. Həmin kəmər indi bir qədər köhnəlsə də, işə yararlıdır. Ola bilsin, əlavə sərmayə yatırılmadan, təmir və sınaqdan sonra həmin xətt istifadəyə verilsin. Bu nöqteyi-nəzərdən Rusiya hazırda xeyli narahatdır".

Q.Hüseynli regionda rus qazına alternativ bir xəttin formalaşdığını bildirib və bu kontekstdə rusiyalı rəsmilərin Azərbaycana səfərinə diqqət çəkib:

"Roqozin Azərbaycana şirnikləndirici vədlərlə gəlmişdi. Onun Bakıya öncədən alınmış silahların pulunu götürmək məqsədilə gəlməsi həqiqəti əks etdirmir. Rusiya verəcəyi silahların pulunu kredit şəklində öncədən alır. Azərbaycan S-300 favorit tipli zenit raketlərinin üç diviziyasının alınması üçün vəsaiti ən azı 5 il bundan əvvəl Rusiyanın hesabına yatırıb. İndiyə qədər sifariş olunan həmin silahların yalnız bir diviziyonunu almaq mümkün olub. Roqozin Bakıya Azərbaycanın Qərbə meyillənməsinin qarşısını almaq və bu məsələni başqa səmtə yönəltmək niyyəti ilə gəlmişdi. Azərbaycan isə öz strateji maraqlarını heç nəyə qurban verməyəcək".

Politoloqun sözlərinə görə, rusiyalı məmurların Bakıya səfərində daha bir mühüm məqam isə Azərbaycanın Rusiyaya nota göndərməsi ilə bağlıdır:

"Həmin notaya cavab olaraq məmurlar Azərbaycana da məhz Ermənistana verilən silahların vədini verdilər. Azərbaycan bu təklifi götür-qoy edə bilər. Ancaq bizim üçün ən narahatedici fakt Ermənistanın kredit adı altında pulsuz silahlandırılması və bölgədə təhlükə yarada biləcək dağıdıcı silahların yerləşdirilməsidir. Azərbaycanın Qərblə siyasətini reallıq və formalaşmaqda olan siyasi vəziyyət də tələb edir və Bakı da məhz bu vəziyyətin tələblərinə uyğun olaraq çalışır".

Qeyd edək ki, martın 3-də Prezident İlham Əliyev Rusiya Baş nazirinin müavini Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bundan bir gün sonra isə Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasin Bakıya gəlib. Sözügedən səfərlərin Azərbaycan prezidentinin İrana məlum səfəri və Vladimir Putinlə ard-arda iki dəfə baş tutan telefon danışıqlarından sonra reallaşması diqqət çəkir.

Tarix
2016.03.06 / 10:24
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Slovakiya baş naziri Bakıda

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Robert Fiko Azərbaycana gəlir

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla