Yuxarı

4 kəndlə bağlı İrəvandan fərqli tarix – Nə baş verir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Dövlət Sərhəd Xidməti Qazaxın işğal altında olan 7 kəndindən anklav olmayan 4-nü - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılını nəzarətə götürüb. Belə ki, Azərbaycan-Ermənistan sərhədinin bu ərazidə 12,7 km-lik hissəsi delimitasiya olunub və müəyyən edilən sərhədə sərhədçilər yerləşib.

Axar.az xəbər verir ki. Ermənistan Milli Təhlükəsizlik Xidməti 24 maydan (bugündən) sərhəd qoşunlarının Tavuş vilayətində - Berkaber kəndi yaxınlığında 1,9 km və Əskipara (Voskepar) və Bağanis kəndləri yaxınlığında 4,9 km-də sərhəd hissələrinin mühafizəsini rəsmən öz üzərinə götürdüyü barədə açıqlama yayıb.

Həmçinin bildirilib ki, dövlət sərhədinin Kirants kəndi yaxınlığındakı 5,8 km-lik hissəsinin mühafizəsi 2024-cü il iyulun 24-dək keçid sxemi üzrə həyata keçiriləcək.

Ermənistan MTX-nin bu açıqlamasından sərhədin 12,6 km-lik hissəsindən söhbət gedir – Azərbaycanın açıqladığı rəqəmlə 100 metr fərq var. Ola bilsin ki, müəyyən edilən sərhədi hissə-hissə göstərdiklərindəın və hər hissədə rəqəmləri yuvarlaqlaşdırdıqlarından, nəticədə 100 metrə qədər fərq yaranıb. Azərbaycan isə sərhədi tam olaraq verib – 12,7 km.

Digər diqqətçəkən məqam isə 24 iyula qədər “keçid sxemi” məsələsidir. Bu nə deməkdir?

Qazax-Tavuş istiqamətində delimitasiya həyata keçirilərkən Kirantsdakı iki ev, bir mağaza, bir qaraj, bir körpü, 50-yə yaxın torpaq sahəsi, o cümlədən Ermənistan-Gürcüstan yolunun bir hissəsinin Azərbaycan ərazisinə düşdüyü məlum olub. Başqa sözlə, 32 illik işğal müddətində ermənilər ərazimizə girərək, ev tikib, ərazimizdə əkin-biçinlə məşğul olublar və s.

Əsas məsələ hazırda Ermənistan-Gürcüstan yolunun Azərbaycan ərazisindən keçən hissəsidir. Ermənistan hakimiyyəti yolun dəyişdiriləcəyi və Ermənistan ərazisindən yeni yolun 2 aya çəkiləcəyini elan edib. İki ay – 24 iyula qədər vaxt deməkdir və görünür həmin müddət ərzində Azərbaycan sərhədçiləri Gürcüstana gedən nəqliyyat vasitələrinin hərəkətinə mane olmayacaq.

Digər tərəfdən, evlərini boşaltmaq üçün sakinlərə 24 iyuna qədər vaxt verilmişdi. Ehtimal ki. bu müddəti də Azərbaycan sərhədçiləri gözləyəcəklər.

Ermənistan MTX-nin “24 iyula qədər keçid sxemi” deyərkən bunları nəzərdə tutduğu təxmin edilir.

Tarix
2024.05.24 / 11:21
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Rusiyanı ən zəif yerindən vurdular - Ekspert

Fransa bununla Azərbaycanı qıcıqlandırır - Uorlik

Bu başçı özünə yeni müavin təyin etdi

Hərbi polisin sabiq xidmət rəisinə hökm oxundu

Bayramov Qırğızıstanın yeni səfirini qəbul etdi

Sülhün əksər elementləri razılaşdırılıb, fikrimcə... - Klaar

Konstitusiya Məhkəməsində seçkilərlə bağlı iclas

Pezeşkian Azərbaycanla bağlı elə sözlər dedi ki... - Mühüm

O polisin bədənini gördüm – 3 bıçaq, iki güllə yarası vardı

Türkiyə “Bastion”ları bir ay ləngitdi: “Sezar” necə gələcək?

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla