Yuxarı

İran Ərəbistanı bu sözlərlə hədələdi – İnanılmaz

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran Ərəbistanı bu sözlərlə hədələdi – İnanılmaz

İranın xarici işlər naziri Abbas Arakçı və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanın husilərlə münaqişəni müzakirə etmək üçün telefon danışığı aparmasını Tehranın Ər-Riyada xəbərdarlığı kimi qiymətləndirmək olar. Arakçı həmkarına Yəməndə hərbi əməliyyatlara diqqət yetirməyin regiondakı vəziyyəti daha da pisləşdirəcəyi barədə xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“İran Məkkə Sazişinin işə düşməsindən narahatdır. Türkiyə və Pakistanın Səudiyyə Ərəbistanına əməli dəstək verməsi qərarı İrandakı qüvvələrin sərt açıqlamalarına səbəb olub. Bu haqda ilk açıqlama verən İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi olub. O, Məkkə Sazişinin iştirakçısı olan ölkələri Tehrana qarşı mümkün addımlardan çəkinməyə çağırıb. Halbuki Məkkə Sazişinə imza atan dövlətlərin İranla problemləri yoxdur. Buna baxmayaraq, İbrahim Əzizi Məkkə Sazişi barədə “heç bir səhv cavabsız qalmayacaq” ifadəsini işlədib.

Əslində İbrahim Əzizinin narahatlığı İranla bağlı deyil, iranlı deputat sazişə imza atan dövlətlərin Tehranın dəstək verdiyi Yəmən husilərinə qarşı hücum planlarının həyata keçirməsindən narahatdır”, - politoloq vurğulayıb.

E.Şahinoğlu xatırladıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin Salman, eləcə də Pakistanın Baş naziri Şahbaz Şərifin imzaladıqları Məkkə Sazişi müdafiə xarakterlidir:

“Sazişə görə, üç dövlətdən hər hansı birinə qarşı həyata keçirilən silahlı hücum bütün tərəflərə qarşı edilmiş hücum kimi qəbul olunacaq. Hazırda Yəmən husiləri Səudiyyə Ərəbistanına hava hücumları təşkil edirlər. Məkkə Sazişinə görə, Türkiyə və Pakistan Səudiyyə Ərəbistanını müdafiə etməlidirlər.

Türkiyə və Pakistan Səudiyyə Ərəbistanını dəstəkləmək üçün tədbirlər görməyə başladıqlarını bildiriblər. Pakistan və Türkiyə hərbi qüvvələrinin Səudiyyə Ərəbistanına hərbi, texniki və kəşfiyyat dəstəyi, o cümlədən krallıq daxilində müdafiə imkanları verməsi gözlənilir. Buna baxmayaraq, Türkiyə və Pakistan rəsmiləri Yəməndə hücum əməliyyatlarında iştirak etməyəcəyini bildiriblər. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai Pakistanın minlərlə hərbçisinin Səudiyyə Ərəbistanına yerləşdirilə biləcəyi ilə bağlı xəbərlərlə bağlı suala cavab olaraq bunu deyib: “Biz də bu şayiəni eşitmişik və ümid edirik ki, bu, doğru deyil”. O, əlavə edib ki, region ölkələri Yəmən məsələsinə hər hansı bir müdaxilənin region üçün arzuolunmaz nəticələrə səbəb ola biləcəyini yaxşı bilirlər və Məkkə müqaviləsi kimi paktların müsəlman icmasının maraqlarına və rifahına qarşı istifadə olunmayacağına ümid edirlər.

Öz növbəsində İran xarici işlər naziri Abbas Arakçı birbaşa həmin sazişə istinad etmədən qonşu ölkələri “özünəgüvən” prinsipinə və “səmimi qardaşlıq” əsasında qurulmuş siyasətə riayət etməyə çağırıb. O, həmçinin bildirib ki, belə sazişlər İranı məhdudlaşdırmayacaq.

İranda Məkkə Sazişi barədə daha sərt ifadələr işlədənlər də az deyil. İranlı deputatlardan biri sosial şəbəkədə bunları yazıb: “Səudiyyəlilər bilməlidirlər ki, Türkiyə və Pakistanla kağız üzərində imzalanan saziş onlara təhlükəsizlik gətirməyəcək; necə ki, illərlə amerikalılardan birtərəfli qaydada faydalanmaq da onlara təhlükəsizlik gətirməmişdi. Siyasətinizi düzəldin ki, başqalarından təhlükəsizlik üçün yalvarmaq məcburiyyətində qalmayasınız”.

İran rəsmiləri və deputatları belə bir fikir də işlədirlər ki, Pakistan Səudiyyə Ərəbistanı ilə birgə husilərə qarşı hərbi əməliyyatlarda iştirak edərsə, Tehran İslamabadın vasitəçiliyindən imtina edəcək. Pakistanın Tehranla Vaşinqton arasındakı vasitəçiliyi nəzərdə tutulur.

Tehranın İsmalabada ünvanladığı mesajlarda başqa təhdid elementləri də var. Misal üçün İrandakı mühafizəkarlar qonşu ölkəni xəbərdar ediblər ki, Pakistanın Səudiyyə Ərəbistanı ilə getdikcə daha çox açıq şəkildə yaxınlaşması bu ölkədə məzhəb gərginliyini artıra və İran-Pakistan sərhədinə qeyri-sabitlik gətirə bilər.

Göründüyü kimi, Pakistanın Səudiyyə Ərəbistanına hərbi dəstəklə yanaşı İranla normal münasibətləri qoruması çətin olacaq”.

Tarix
2026.10.12 / 14:24
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış etdilər

Məsələ dindirmi: Azərbaycanda nə baş verir? - Ağar

Keyfiyyətli təhsilə nail olmaq istəyiriksə... - Deputat

İlham Əliyevlə Hun Manet arasında geniş tərkibdə görüş...

Bakının bunda maraqları var - Rusiyadan baxış

Azərbaycan və Kambocanın birinci xanımları görüşdü

Nəsimi Musayevə görə Qriqoryan da işdən qovuldu

Quma bağlı mərkəzlər Azərbaycana qarşı hərəkətə keçdi

Azərbaycan-Kamboca sənədləri mübadilə olundu

Ərəbistanın xahişini ABŞ niyə rədd etdi? - Böyük oyun

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla