Yuxarı

ABŞ-dan Bakı və İrəvana: Kremlin başı qarışıb, tez edin!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

21:49

İrəvanla Bakı arasında sülh müqaviləsi imzalamaq imkanı var, çünki Rusiya hazırda çətinliklə üzləşib, bəlkə də bir ildən sonra bu cür çətinlikdə olmayacaq. Ona görə də fürsət pəncərəsi var. Biz indi bunun üzərində işləyirik.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibinin müavini Ceyms Obrayen “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində deyib.

“Rusiya demək istəyir ki, Ukraynada qalib gələndən sonra Qafqaza qayıdacaq, lakin Rusiya Ukraynada qalib gəlməyəcək və Qafqaza qayıtmayacaq – baxmayaraq ki, uzun müddətdir buradadır.

İndi Ermənistan vətəndaşlarının bunu deməsinin vaxtıdır: “Biz qərara gəldik və geriyə yox, irəli getmək istəyirik”. İndi irəli getmək imkanı var, çünki Rusiya Ukraynada ilişib qalıb”.

Onun sözlərinə görə, ABŞ Ermənistanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldıracağını bəyan edib. O izah edib ki, bu, Ermənistanla demokratiyanın gücləndirilməsi, təhlükəsizliyi, məsələn, polis və sərhəd qoşunları və iqtisadiyyatın diversifikasiyası üçün işləmək deməkdir:

““Ermənistan qlobal ticarət apara bilməli və indiki kimi Rusiyadan asılı olmamalıdır. Bunlar üzərində işləməyə davam edəcəyimiz sahələrdən bəziləridir. Bizim Azərbaycanla bir çox cəhətdən səmərəli və konstruktiv münasibətlərimiz var və biz hər iki tərəflə işləyəcəyik. Çox şad olarıq ki, şirkətlərə maliyyə yardımı göstərək və onlarla əməkdaşlıq edək ki, onlar sülh sazişindən sonra dinc regionun imkanlarından istifadə etmək üçün bura gəlsinlər. Biz Ermənistan və Azərbaycanla tərəfdaşların bir-birinə kömək etdiyi bütün yollarla işləməyə hazırıq. Gürcüstan və Ermənistan Avropa Birliyinə və vahid bazara daha yaxın olmaqda maraqlıdırlar və hesab edirəm ki, belə inteqrasiya yalnız İrəvanla Bakı arasında saziş imzalandıqdan sonra mümkündür”.

Obrayen bir daha Zəngəzur dəhlizini dəstəklədiyini bu sözlərlə ifadə edib:

“Bu sənəd Qazaxıstandan Türkiyəyə keçərək Aralıq dənizinə və ya Qara dənizə çatan bir ticarət yoluna sahib olmaq imkanı verəcək. Bu marşrut artıq mövcud olan, Azərbaycan ərazisindən keçərək Gürcüstana və Qara dənizə qədər uzanan marşrutu tamamlayacaq. Bu iki marşrut birlikdə Orta Asiya ölkələrinə Rusiya və ya Çindən asılı olmayaraq dünya bazarına çıxış imkanı verəcək. Biz bu ehtimalı qətiyyətlə dəstəkləyirik”.

Qeyd edək ki, Ceyms Obrayen 10 iyunda İrəvana gəlib. Səfər 12 iyunda başa çatacaq.

Tarix
2024.06.13 / 09:37
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən COP29-la bağlı açıqlama

Konstitusiyadan bu ifadə çıxarılmasa, sülh olmayacaq!

Prezident Aleksandr Vlaskampı qəbul etdi

Simonyandan Qarabağ etirafı: Azərbaycanın ərazisi olub...

Azərbaycanın BRİKS-ə qoşulmaq istəyi... - Hacıyev

İtkin düşmüş bir neçə azərbaycanlının taleyi... - BMT rəsmisi

BRİKS-lə əməkdaşlıq Bakının maraqlarına cavab verir - Səfir

General işdən çıxarıldı, vəzifəsi ona həvalə edildi

Bakı ilə Brüssel arasında siyasi məsləhətləşmələr oldu

İsrail Azərbaycan əsilli 7 İran casusunu həbs etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla