Yuxarı

Atəşkəs niyə pozulur və Paşinyan Bakıya nə “təklif” edir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Naxçıvan istiqamətində atəşkəsi pozduğuna dair ard-arda xəbərlər yayır. Ermənistan Müdafiə Nazirliyi bu xəbərləri təkzib edir. Ermənistanın Baş naziri Nikol Paşinyan bunu belə izah edib ki, ya həqiqətən atəşkəsin pozulması halları var, ya da bu eskalasiya məqsədilə həyata keçirilir.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Paşinyan “eskalasiya” dedikdə Azərbaycan Ordusunun hansısa hücum planını həyata keçirmək üçün atəşkəsin pozulması barədə xəbərlər yaymasını nəzərdə tutur:

“Azərbaycanın Naxçıvandan atəşkəsi pozmaqda heç bir marağı yoxdur. Naxçıvan istiqamətində bizə sakitlik lazımdır? Əsas hədəfimizə çatmışıq, ərazi bütövlüyümüz və Qarabağ üzərində suverenliyimiz təmin olunub. Nikol Paşinyan “ya həqiqətən atəşkəsin pozulması halları var” deməklə əslində elə öz ordusunun təxribatına işarə edib. Paşinyan özü də bir neçə dəfə etiraf edib ki, Ermənistan ordusunda “beşinci kolon” mövcuddur, üstəgəl silahlı qüvvələrə “Yerkrapa” kimi fərqli terrorçu qruplar cəlb edilib. Bu ilin fevralında Azərbaycanın mövqelərini elə “Yerkrapa” üzvləri atəşə tutmuşdular. Bunu Paşinyan da etiraf edib.

Nikol Paşinyan deyir ki, Bakıya sərhəddə atəşkəs rejiminin pozulması hallarının araşdırılması məqsədilə ikitərəfli mexanizm yaratmağı təklif etməyə hazıram.

Paşinyanın təklifinə indiki şərtlər altında razılaşmaq mümkün deyil. Birincisi, ortaq komissiyanın formalaşdırılması üçün ilk növbədə iki ölkə arasında sülh və ya çərçivə sazişinin imzalanması lazımdır. İkincisi, Paşinyanın da etiraf etdiyi kimi, ordusunda təxribatçı qüvvələr var və Ermənistan silahlı qüvvələri müxtəlif terrorçu qruplardan formalaşıb. Fevral ayında baş verən təxribata bir daha qayıdaq. Deməli, Ermənistan silahlı qüvvələrindəki “Yerkrapa” terrorçusu snayper atəşi ilə Azərbaycan hərbçisini yaralayıb və Paşinyanın məntiqinə görə belə halları “ortaq komissiya” araşdırmalıdır. Həmin “ortaq komissiya” məsələni araşdırana kimi terrorçu İrəvana geri dönərək cəzasız qalacaqdı. Azərbaycan isə atəş açılan postu dağıtmaqla və terrorçunu neytrallaşdırmaqla cavab verdi və doğru olan da budur. Paşinyan Naxçıvana açılan atəşi müəyyənləşdirmək üçün “ortaq komissiyanın” yerinə müdafiə nazirindən həmin istiqamətdə nələrin baş verməsiylə bağlı hesabat tələb etməlidir. Qarşısını almayacaqlarsa, fevralda olduğu kimi, atəşin açıldığı post zərbə ilə dağıdılacaq”.

Tarix
2024.06.17 / 18:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Karantin problemi həll edəcəkmi?

Prezident İtaliyanın müdafiə nazirini qəbul etdi - Foto

Ermənilər Qarabağa qayıdır? - Babayan danışıqlara başladı

ATƏT-in iclasında Qərbi Azərbaycana qayıdış müzakirəsi...

Türkiyə MN-dən Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım

Qriqoryan: Bakıdan onuncu sülh paketini aldıq

Seçki başlayır: Hamı hazırlaşır, yalnız bir partiya...

Dağıstandakı hücum teraktdırsa, Putin niyə susur?

Xovayev Bakıya gəldi, Rokföy isə oyundankənardır

Paşinyan inandırıcı addım atdı, dəhliz isə... - Uorlik

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla