Yuxarı

Qonşuda yeni xəstəlik: növbəti pandemiya gözlənilir?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qonşuda yeni xəstəlik: növbəti pandemiya gözlənilir?

Bir müddət əvvəl sosial şəbəkələrdə, eləcə də KİV-də ağcaqanadlar vasitəsilə yayılacaq yeni xəstəliyin pandemiyaya səbəb ola biləcəyi haqda məlumat yayılmışdı. Son günlər isə qonşu İranda aedes ağcaqanadı vasitəsilə xəstəlik yayılması, bu xəstəliyə yoluxanların sayının 90-a çatması və onların arasında ölüm hallarının da qeydə alınması “yeni pandemiya gözlənilirmi?” sualını gündəmə gətirib.

Mövzu ilə bağlı Axar.az-a danışan professor Adil Qeybulla ağcaqanadların bir çox xəstəliyin - malyariyanın, danq qızdırmasının və digər virusların asanlıqla yayılmasında önəmli rolu olduğunu bildirib.

Onun sözlərinə görə, bunun qarşısını almaq üçün bəzi yerlərdə gölməçələr qurudulur, ağcaqanadlar məhv edilir:

“Hansısa xəstəliyin pandemiya yaratması məsələsinə gəlincə, adətən pandemiyaya meyilli xəstəliklər hava-damcı yolu ilə yayılanlardır. Məsələ bundadır ki, ağcaqanadla yayılan xəstəliklər əsasən qan ilə keçir. Ona görə də burada pandemiya qorxusu yoxdur. Buna baxmayaraq, istənilən halda bir infeksiyanın necə performans göstərəcəyini öncədən proqnozlaşdırmaq çox çətindir. Ona görə də nəsə peyda olubsa, mütləq onunla bağlı tədbir görülməli, hər bir dövlət transsərhəd keçid zonalarında bunu nəzərə almalıdır”.

Tarix
2024.06.26 / 09:30
Müəllif
Aytac Araz
Digər xəbərlər

Azərbaycan buna görə Türkiyəni təbrik etdi

Vadefulun Bakı və İrəvan səfəri - Tiflisdən imtina etdi

TRİPP başladı - İrandan sensasion reaksiya

Fərid Baxşıyev yüksək vəzifəyə seçildi

Türkiyənin böyük uğurunda Ukraynanın müstəsna rolu

Şeyx Moskvada - İlham Əliyevin məktubu təqdim olundu

ABŞ-da yüksək vəzifə alan Həmid Həşimzadə kimdir?

Mehdiyevin kürəkəninin işi niyə Abıyevaya həvalə edilir?

Elmin Fərəcov aparat rəhbəri təyin olundu

Maka Boçorişvili sabah Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla